...Məlum olur ki, Saakaşvilinin azad edilməsinin hüquqi-qanuni yolları da var...

Budur, "Saakaşvilinin azad olunması üçün hüquqi yollar var və bu qanuni yolların işlənib hazırlanması mexanizmi hakimiyyətin əlindədir", -deyən eks prezident Mixeil Saakaşvilinin vəkili Beka Basilaya belə bir açıqlama verib. Onun sözlərinə görə, müvafiq siyasi tələblər, ictimai fəallıq olarsa Saakaşvilinin azad olunmasına nail olunar: “Mixeil Saakaşvilinin azadlığa buraxılması bir tək onun vəkillərinin, bizim maraqlarımıza deyil, həm də Gürcüstan cəmiyyətinin, Gürcüstan dövlətinin maraqlarına uyğundur. Bu ölkənin tarixində əsas islahatçı olan ölkənin üçüncü prezidenti siyasi girov ola bilməz. Ona görə də hüquqi yollar var və bu yolların işlənib hazırlanması mexanizmi hakimiyyətin əlindədir, müvafiq siyasi tələblər, ictimai fəallıq olarsa, onun azadlığına nail olmaq olar", - deyə Basilaya deyib.

Gürcüstan KİV-lərinin yazdığına görə, artıq hakim dairələrdə də bu barədə fikirlər formalaşıb. Hakimiyyət, sadəcə, Saakaşvilini azad etmək və deport etməklə, həm də xarici təzyiq və təsirlərdən canını qurtarmaqda maraqlıdır...

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN