Pirallahı rayonunda qətl hadisəsi törədilib... 

Dəhşətli burasındadır ki, qətli törədən ərdir... Belə ki, dünən noyabrın 10-u saat 17 radələrində Pirallahı rayonu, Pirallahı qəsəbəsi ərazisində  1997-ci il təvəllüdlü Ayşən Rəhimovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur. Baş Prokurorluqdan "Təzadlar"a verilən məlumatda qeyd edilir ki, aparılmış araşdırmalarla zərərçəkmişin əri 1992-ci il təvəllüdlü Əsgər Musayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Ayşən Rəhimovanın boğaz nahiyəsinə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir. Faktla bağlı Pirallahı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır. Əsgər Musayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur.  Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

*** 

Ölkənin hüquq mühafizə orqanlarının, ailə institutları ilə bağlı qurumların bütün səyinə baxmayaraq hələ də ailə faciələrinin kökünü kəsmək mümkün deyil. Bu da təəssüf doğurur. Adi bir problemli məsələdə ortaq məxrəcə gələ bilməyən ər-arvad bir-birinə düşmən kəsilir, qan tökülür...

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN