...Təəssüflər olsun, ötən gecə Mingəçevirdə güllələnmə hadisəsi baş verib.

Belə ki, hadisə məcburi köçkünlərin məskunlaşdığı Yeni Həyat qəsəbəsində baş verib. Ağdam rayon Gülablı kənd sakini Qasımov Əlvan Nuxa oğlu uşaqlar arasında baş verən münaqişə zəminində Xankəndi şəhər, Kərkicahan qəsəbə sakini, 2006-cı il təvəllüdlü Kərimov Orxan Tofiq oğlunu odlu silahla güllələyib. Güllələnən O.Kərimov xəstəxanaya aparılarkən yolda həyatını itirib. Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma başlanılıb.

Təsəvvür edirsinizmi, iki məcburi köçkün ailə arasında baş verən adi bir məişət mübahisəsi sonda ölümlə nəticələnib. Düşmən-işğalçı erməniyə atılmalı güllə yurdundan didərgin düşən bir ailəyə atılır, qan tökülür...

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN