Qadınları narkotik satmağa vadar və məcbur etmək ikiqat cinayətdir... Bu gün oxşar hadisə ürək parçalayandır... "Yox, yox, mən narkotik satışı ilə məşğul deyiləm", "həyat yoldaşım məşğul idi, o da tutulub", - deyən qadın tutularaq istintaqa cəlb edilib. Olduqca peşəkar realizator idi. 22 yaşlı Cəlilabad rayon sakini İlahə İsmayılovanın üzərindən 1 kiloqramdan artıq narkotik vasitə heroin aşkarlanıb.
Tutulması onun üçün gözlənilməz olub. Tutarlı və əsaslı sübutlardan sonra ifşa olunan qadın etiraf edib ki, qadınlığımdan utanıram, artıq gecdir, hamı məni bağışlasın, onlarla gənci biz məhv etdik: "Bilərəkdən edirdik. O pulları biz öz rahat həyatımız üçün xərcləyirdik. İnsanları narkotika üçün yalvarmağa məcbur edirdik...".
Min dəfə təəssüflər...
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN