Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi general Georgi Kalandadze Almaniyada saxlanılıb.

General Gürcüstan hakimiyyətinin tələbi əsasında Berlində tutulub.

Bu barədə Gürcüstanın Mtavari Arxi telekanalı istefada olan generalın qohumları və dostlarına istinadən məlumat yayıb.

 Kalandadzenin 2012-ci ildə Gürcüstan vətəndaşı Elberd Koberidzenin işgəncə və qanunsuz həbsi ilə bağlı açılmış cinayət işi çərçivəsində saxlanıldığı bildirilib. Gürcüstan hakimiyyəti hələlik rəsmi açıqlama yaymayıb.

Xatırladaq ki, Giorgi Kalandadze 2012-ci il oktyabrın 8-dən noyabrın 11-dək prezident Mixail Saakaşvilinin dövründə Gürcüstan Baş Qərargahına rəhbərlik edib.  Onu həmin vəzifəyə ölkənin keçmiş prezidenti Mixail Saakaşvili təyin edib. 2014-cü ildə Gürcüstanda hakimiyyət dəyişikliyindən sonra Kalandadze həmfikirləri ilə birlikdə Ukraynaya gedib.

O, Ukraynada yaşayıb, təlimatçı işləyib və ayrı-ayrı hərbi hissələrin hazırlığına rəhbərlik edib.

Kalandadzenin oğlunun Almaniyada təhsil aldığı bildirilir. İstefada olan general ona tez-tez baş çəkib, həmçinin müxtəlif Avropa ölkələrində olub, lakin hüquq-mühafizə orqanlarının ona heç vaxt sualı olmayıb.

1997-2001-ci illərdə Koberidze Gürcüstan Müdafiə Nazirliyinin Birləşmiş Hərbi Akademiyasında təhsil alıb.  Həmçinin 2005-ci ildə ABŞ-da, 2007-ci ildə isə Estoniyada təhsil alıb.

TƏQDİM ETDİ: Y.MƏMMƏDLİ

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN