...Şəhid generalımız Polad Həşimovun anası Səmayə xanımın çıxışını diqqətlə dinlədim... Qənaətim belədir ki, bu video bilavasitə dövləti hədəfə gətirmək məqsədi güdən müəyyən dairələrin təsiri ilə hazırlanıb. Yəqin ki, çox yaxınlarda bu çıxışın hazırlanması və yayılmasını təşkil edənlərin kimliyinə aydınlıq gələcək.
Sözügedən çıxışda olduqca təhlükəli fikirlər var. Hətta deyim ki, çıxışdakı müəyyən məqamlar dövlət təhlükəsizliyinə təhdid anlamında da qiymətləndirilə bilər...
Çox təəssüf ki, ananın qəfil çıxıb Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin ünvanına ağır ittihamlar səsləndirməsinə bəziləri, "neyləsin, səbri daşıb" kimi primitiv mülahizələrlə reaksiya verirlər. Əlbəttə, şəhid anasıdır, dağ boyda oğul itirib, dedikləri də, gileyləri də onun ruh halından irəli gələ bilər. Amma bu çıxışın arxasında dövlətə qarşı qurulmuş məkirli oyunun elementləri boy verir. Görünən odur ki, şəhid anasından da vicdansızcasına istifadə etmək yolu ilə cəmiyyətdə çaşqınlıq yaratmağa çalışanlar var.
Çoxları bilir ki, Polad Həşimovun yüksəlişində Kərim Vəliyevin rolu az olmayıb. Aralarında isti münasibətin olduğunu hərbçilərin çoxu təsdiqləyər. Generalımızın şəhadətə yüksəlməsi xəbərini elan edərkən Kərim Vəliyevin hansı sarsıntı içinə olduğunu da hamımız görmüşük. Gözləri dolmuşdu bu ağır xəbəri dilə gətirəndə. Sanki doğmasını, əzizini itirmişdi..
Biraz təmkinli olaq. Məsuliyyətsiz rəylərin yayılmasına imkan verməyək. Dövlətə qarşı qurulmuş planda özümüz də bilmədən iştirakçı olmayaq. Bu nə oyundur, konkret nəyə nail olmağa cəhd göstərilir, kimlər sayğıdəyər şəhid anasını öz çirkin əməllərində alətə çevirir... bütün bu sullara mütləq aydınlıq gətiriləcək.
Onu da unutmayaq ki, ruhu qarşısında baş əydiyimiz şəhid Polad Həşimovu min bir əziyyətlə böyüdən Səmayə ana olsa da, onu general kimi yetişdirən bu Dövlətdir!
Nicat DAĞLAR
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN