...Sözün çəp gəldiyi yerdə ya qan tökülür, ya da qabırğa sınır...

Bakıda da ər-arvadın sözü çəp gəldi, ağır xəsarətlə nəticələnən döyülmə hadisəsi baş verdi... Hadisə Səbail rayonunda qeydə alınıb. Ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən döyülən 1975-ci il təvəllüdlü Əliyeva Xatirə İbrahim qızı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol tərəfli 5 ədəd qabırğanın sınığı və döş qəfəsin küt travması diaqnozları qoyulub. Polis hadisənin təfərrüatını araşdırır.

Bu da bir-biri ilə dil tapmamağın sonu... Biri xəstəxanaya, biri polisə...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN