Astara rayonunda qardaşın bacıları tərəfindən baltalanmasının təfərrüatları məlum olub.

Hadisə bu gün səhər saatlarında Astara rayonunun Təngərüd kəndində baş verib.

1982-ci il təvəllüdlü İlkin Fariz oğlu Qəmbərova bacıları - 1979-cu il təvəllüdlü Nargilə və 1992-ci il təvəllüdlü Nadirə Qəmbərova tərəfindən balta ilə xəsarətlər yetirilib.

Ataları Fariz Qəmbərovun bildirdiyinə görə, ruhi əsəb xəstəliyindən əziyyət çəkən bacılar daha əvvəl İlkin Qəmbərovun yeni tikilən evində yanğın törətməyə cəhd ediblər. Hadisədən xəbər tutan İ.Qəmbərov dünən Çeçenistan Respublikasından evinə qayıdıb, bacılarından polisə şikayət edəcəyini bildirib. Bundan sonra bacılar səhər saatlarında yatdığı yerdə İlkin Qəmbərova balta ilə hücum çəkib ona xəsarət yetiriblər.

Çoxsaylı kəsilmiş-deşilmiş yaralarla Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan İ.Qəmbərov dərhal əməliyyata alınıb. Həyati təhlükəsi yoxdur.

Hadisəni törədən bacılar saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

***

Astara rayonunda qardaş bacıları tərəfindən baltalanıb.

Rayonun Təngərüd kəndində İlkin Fariz oğlu Qəmbərova bacıları Nadirə və Nargilə tərəfindən balta ilə xəsarətlər yetirilib.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan İ.Qəmbərov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyata götürülüb. Vəziyyəti ağır qiymətləndirilir.

Hələlik hadisənin səbəbi bilinmir.

Faktla bağlı araşdırma aparılır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN