...Saxtakarların və saxtakarlığın sərhədi yoxdur...

Bu dəfə həmin sərhədsizlik Bakıda bəlli oldu. Belə ki, Bakının Nərimanov rayonunda Bərdədən gələn avtomobildən külli miqdarda narkotik vasitə və 360 kiloqram mənşəyi məlum olmayan ət aşkarlandı. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Həyata keçirilən tədbir zamanı narkotik vasitələrin satışı ilə məşğul olan Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Bəxtiyar Məmmədov saxlanılıb. Onun üzərinə baxış zamanı külli miqdarda - 360 qram heroin və 170 qram metamfetamin aşkar edilib.

Yəqinki polis və aidiyyəti orqanlar bu saxtakarlığın kökünə çıxacaq. Amma yaxşı olardı həmin saxta-murdar ətddən bozbaş bişirib 1 ay həmin adamlara yedirtsinlər... 

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN