Gürcüstan-Ermənistan sərhədi yaxınlığındakı Sadaxlı-Baqrataşen keçid məntəqəsində

yeni "Dostluq körpüsü"nün tikintisinə start verilib.

 TEZADLAR.AZ Gürcüstan KİV-nə istinadən xəbər verir ki, tikinti prosesi ilə tanış olmaq üçün Gürcüstanın Regional İnkişaf və İnfrastruktur naziri İrakli Karseladze, Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Naziri Suren Papikian, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Qafqaz üzrə regional direktoru Katarina Hansen, bankın Yerəvan ofisinin rəhbəri Dimitri Ğvindadze və başqa rəsmi şəxslər Sadaxlıda olublar. "Dostluq körpüsü" nün tikintisi Gürcüstan və Ermənistan hökumətlərinin dəstəyi ilə Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən maliyyələşdirilir. AYİB körpünün inşası üçün Gürcüstana altı milyon avroya qədər vəsait ayırıb. Körpünün tikintisi Gürcüstan Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti tərəfindən aparılır. "Dostluq körpüsü" nün bir hissəsi Gürcüstan, digəri Ermənistan ərazisində olacaq. Tərəflər maliyyəni də bölüşəcəklər, kreditin 50%-i Ermənistan, qalan 50% -i isə Gürcüstan ödəyəcək.

https://www.facebook.com/watch/?ref=external&v=776102276392754

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN