Xəbər verdiyimiz kimi, bu gün MEDİA Agentliyinin rəhbərliyi media subyektlərinə müraciəti ilə yazılarda jurnalistikanın ənənəvi qayda və Peşə Kodeksinə ciddi əməl edilməsinə çağırış edib... Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov MEDİA-nın bu səmimi müraciətinə dəstək verib. Sİtat: "Medianın İnkişafı Agentliyinin media orqanlarına müraciətindəki iradlar jurnalistikamızın ənənəvi problemlərindəndir. Başlıqlarla spekulyasiya, qarşı tərəfin fikirlərinə hörmətsizlik, balansın gözlənilməməsi – bütün bunlar illərin tanış mənzərəsidir. Əlbəttə, söhbət xoşagəlməz mənzərədən gedir. Sadalanan problemlər kiməsə adi gələ bilər. Mətbuat Şurası vaxtilə oxşar məsələləri gündəmə gətirəndə bir çox həmkarımız bunu yaxşı qarşılamırdı. Hətta bəziləri ironik sual da ünvanlayırdılar ki, bəlkə heç nə yazmayaq? Şübhəsiz, indi də elə düşünənlər tapılacaq. Amma məsələyə prinsipial baxış önəmlidir. Jurnalist mütləq şəkildə yazmalıdır.
Əminəm ki, peşəkar jurnalistlərimiz fəaliyyətlərində heç bir halda qarşı tərəfin mövqeyinə etinasız yanaşmırlar. Onlar nəyin spekulyasiya olduğunu gözəl anlayırlar, belə əməllərdən uzaq dururlar. Sözün texnikasına bələddirlər. Yaxşı anlayırlar ki, sözlə oynamaq nədi, sözü oyun predmetinə çevirmək nə.
O ki qaldı anlamayanlara, “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”na etinasız yanaşanlara, bəli, onlara münasibətdə tədbirlərin görülməsi şərtdir. Hesab edirəm ki, MEDİA-nın xəbərdarlığı bu baxımdan ilk addımdır. Peşə prinsiplərinə “Media haqqında” Qanuna riayət etməyənlərə qarşı yol verdikləri nöqsan onların diqqətinə konkret şəkildə çatdırılmaqla, əsaslandırılmaqla müvafiq tədbir görülməlidir. Bu, həm cəmiyyətimiz, həm mediamız, həm də həmin şəxslərin özləri üçün faydalıdır".
 Bəli, təəssüf hissi ilə deməliyik ki, dəfələrlə deyilməsinə baxmayaraq jurnalistlərimiz qeyri- peşəkarlıq nümayiş etdirərək istər hərbi, istər ictimai və hüquqi sahələrə dair mövzularda peşəkarlıqdan uzaq istiqamətlərə meyillənib ictimai fikri çaşdıran, milli və ictimai maraqlara yad informasiyaları yaymağa könül verirlər. Bunlara son verilməlidir... Tövsiyyələrə isə azad sözə basqı kimi yox, peşə prinsiplərinə riayət etmə kimi anlamaq lazımdır...
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN