Bu gündən Türkiyədə  "sosial media qanunu" qüvvəyə minib. Türkiyə mediasının yazdığına görə, bu qanunda olduqca maraqlı şərtlər var və sosial mediadakı pərakəndəliyin və başıpozuqluğun qarşısının alınmasına hesablanıb. Əsas məqamlar isə bunlardır:
- İnternet xəbər saytlarında çalışan şəxslər jurnalist hesab ediləcək və onlara da sarı basın kartı veriləcək.
- Uşaqların və yetirmələrin əxlaqını korlayan materiallar qanun pozuntusu hesab ediləcək.
- Bütün xəbər saytları yayımladığı xəbərləri arxivdə saxlamağa məcburdur.
- Dövlət qurumu xəbəri silməyi saytdan tələb edə biləcək. Mənbə xəbəri siləndən sonra bütün saytlar silməlidir.
- Rəsmi elanlar və reklamlar xəbər saytlarında da yayımlana biləcək.
- Rəsmi ünvanı olmayan sayt xəbər saytı hesab olubmayacaq.
- Sosial şəbəkələr (Facebook, instagram, tvitter, youtube, tiktok və s) Türkiyədə rəsmi ofis açmağa məcbur ediləcək. Ofisin rəsmi təmsilçisi isə Türkiyə vətəndaşı olmalıdır.
- Yeni qanuna görə, sosial mediada ciddi dezinformasiya yayan şəxsləri 3 ilə qədər həbs gözləyir.
XXX 
Azərbaycanda da təhqir və dezinformasiyalarla dolub-daşan sosial medianın qanunla nizamlanmasına ehtiyac var. Güman etmək olar ki, ölkəmizdə də belə bir qanunun tətbiqi baş tutacaq.
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN