Xəbər verdiyimiz kimi, Qənbərov Gülağa Məmi oğlu Xətai rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək

tezadlar.az saytının 02 noyabr 2022-ci il tarixli buraxılışında yayımlanmış «Gülağa Tənhanın Bəxtiyar Vahabzadə yalanı»  başlıqlı məlumat xarakterli xəbərdə (https://tezadlar.az/index.php/en/agenda/13189-gulaga-t-nhanin-b-xti-yar-vahabzadi-yalanlari-sok) guya onun ..."işgüzar nüfuzuna xələl gətirilən məlumatlar yayımlanmış, böhtan xarakterli qərəzli məlumatlar əks etdirilmiş, iddiaçı barədə həqiqətə uyğun olmayan aşağılayıcı ifadələr işlədilmiş, onun şərəf və ləyaqətini alçaldan yazılar (???.Red.) dərc edildiyini..." bildirmişdir.

Sonuncu iclasların birində  Gülağa Tənhanın vəkili vəsatət qaldırmışdır ki, linqivistik ekspertiza təyin edilsin... Nəhayət, ötən iclasda məhkəməyə Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş ekspert rəyi müzakirə edilməli idi, lakin Gülağa Tənhanın vəkili prosesə gəlmədi. Çünki rəy onların arzuladığı kimi deyildi və iddia tələbini tamamilə rədd edirdi.

Bununla belə hakim növbəti, yəqinki sonuncu iclası bu gün 2023-cü ilin 3 iyul tarixinə, saat 11:30- a təyin etdi.

Beləliklə, neçə aydır məhkəmənin və elə redaksiya rəhbərliyinin də vaxtını alan mənasız iddia tələbinə son verilməlidir.

Elçin Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN