"Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə 22 iyul Milli Mətbuat gününə həsr olunmuş “Peşəkar jurnalistlərlə Böyük Görüş” adlı tədbir keçirilib.

Tədbirdə jurnalistlər, şəhid ailələri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, iş adamları iştirak ediblər.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 Tədbirin məqsədi təməli 148-ci illiyi qeyd edilən "Əkinçi" qəzeti ilə qoyulan və bu gün həmin yolun davamçıları olan media nümayəndələri ilə görüşmək və onların bayramlarını qeyd etmək olub.

Birlik sədri Yasəmən Qəyyumlu çıxışı zamanı bildirib ki, 1875 ci il 22 iyulda görkəmli maarifçi, təbiətşünas alim Həsən bəy Zərdabinin əsasını qoyduğu "Əkinçi" qəzeti ilə xalqımızın milli oyanışında yeni səhifələr açdı. "Əkinçi" qəzetində dövrün görkəmli alim və ziyalılarının şeirləri, məqalələri çap olunub, geniş oxucu kütləsi tərəfindən sevilə-sevilə oxunub.
Müstəqillik yolu ilə irəliləyən və hərtərəfli inkişafı edən Azərbaycanda söz və mətbuat azadlığınının təmin olunmasının təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və onun layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz buna görə də mətbuatın dostu Ulu Öndər Heydər Əliyevin 100 illiyinə töhfə olaraq hər zaman dəqiq, qərəzsiz, lazımı məlumatları və baş vermiş hadisələri ictimaiyyətə çatdıran, otuz illik yurd həsrətindən, döyüş meydanında igidlik göstərən oğulların hünərindən, şəhidlərdən, qazilərin döyüş yolundan, əldə olunan böyük qələbədən yazan peşəkar Jurnalistlərlə bərabər olmağı özümüzə borc bildik.
Birlik sədri jurnalistlərə bu məsuliyyətli və şərəfli peşədə daha böyük uğurlar qazanmağı, azad, müstəqil və bütöv Azərbaycanın xoşbəxt gələcəyindən yazmağı arzulayıb.
Daha sonra söz mətbuat nümayəndələrinə verilib. Çıxışlardan sonra jurnalistlərə Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyi tərəfindən tərəfindən təsis edilmiş "Fəxri Diplom" və hədiyyələr təqdim olunub.

 Qeyd edək ki, təltif edilənlər sırasında "DODO" qəzetinin baş redaktoru İradə Məlikova, "LAF TV"-nin təsisçi-direktoru Ləman Ələşrəfqızı,  “Təzadlar” qəzetinin və saytının iki əməkdaşı - Yasəmən Məmmədli və Asif Məmmədov -Mərzili (Baş redaktor) də vardı.

fimg-20230721-wa0015

 ffoto-ted2f

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN