...Jurnalistlərin "kapitan və Generalları"! Deyirdilər və deyirlər ki, 3- cü bina şəhid və qazi ailələrinə verilsin!  Bəli, onlara mənzillər verilməlidir. Amma bəlkə belə yol seçilsin: o igid- şəhidlər və qazilər işğal altında olan rayonlarımızın azad edilməsində şəhid və ya qazi olublar. Düzdürmü! Allah canını sağ və özünü həmişə millətlər arasında başı uca etsin, qorusun, hifz etsin, Prezident İlham Əliyevin göstərişi ilə işğaldan azad edilmiş rayonlara tarixi qayıdış başlayıb. Vaxtilə həmin köçkün ailələr üçün tikilmiş binalardakı mənzillər boşaldılır. Görün nə qədər yerinə düşür ki, şəhid və ya qazi ailələrinə də məhz uğrunda döyüşdükləri, azad etdikləri rayonların Bakıda mənzili olmuş həmin köçkünlərin mənzillərini versinlər!!!
Bunun bir mənası da bu olacaq ki, onlar bu mənzillərdə yaşadıqca qürurla deyəcək və xatırlayacaqlar ki, onların qəhrəmanlığı sayəsində azad etdikləri rayonlara köçürülən ailələrin vaxtilə yaşadıqları mənzillərdə məskunlaşıblar! Nə gözəl xatirə, nə gözəl bir tarix!
XXX
Jurnalistlərin 3- cü binası barədə mübahisələrə son qoymağın yolunu dedim, bir daha təkrar edirəm... Məncə, həmin binanı qazi və ya şəhid ailələrinə paylamaq uyğunsuzluq və digər problemlər yaradacaq. Qazi və ya şəhid ailələrinə Qarabağa köçürülənlərin boşaldılmış mənzillərinin verilməsi daha məntiqlidir. Çünki qazi və ya şəhidlər həmin köçkünlərin yurduna köçürülməsi üçün vuruşublar!
Jurnalistlərin 3- cü binasını isə ehtiyat fondu kimi saxlamaq və Sərəncamda yazıldığı kimi, jurnalistika sahəsində xüsusi peşəkar fəaliyyəti və xidməti olanlara mükafat kimi verilmək olar. Dünyasını dəyişmiş jurnalistlər var ki, az sayda olsalar da, onlar da jurnalistikamızın şəhididir, qazisi olublar və onların ailələrinə də bu mənzillərdən verilə bilər. Amma bir şərtlə ki, əvvəlki 2 binada olduğu kimi yox, katibələrə, polis rəisinə, jurnalistikaya aidiyyəti olmayıb adını hansısa qəzet redaksiyasına yazdıranlara yox... Bir də ən azı peşəkar stajı 10 ildən aşağı olanlara yox... Filankəsin baldızıdır, bəhmənkəsin kürəkənidir, "rəisin" qohumudur yox...
Asif MƏRZİLİ
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN