1994-cü ildə Milli Liderimiz Heydər Əliyev Dünya Kulinariya Konqresinə məktub göndərdi. Mən həmin məktubu Norveçə apardım.

 Bunu Milli Kulinariya Assosiasiyasının prezidenti, Azərbaycan Milli Kulinariya Mərkəzinin ilk direktoru və təşəbbüskarı, Tarix üzrə fəlsəfə doktoru Tahir Əmiraslanov TEZADLAR TV-nin (TTV AZ) qonağı olarkən bildirib.

“Dünyanı Azərbaycanla əməkdaşlığa çağırdı. Məktubda Qarabağ məsələsi,  həyatını itirmiş kulinarlarımız, “Çay evi”nin, “Çörək muzeyi”nin dağıdılması, Azərbaycan mətbəxinin dünyanın ən rəngarəng, ən ecazkar mətbəxi olması qeyd edilmişdi”, - deyə dünyaşöhrətli kulinar bildirib.

O, qeyd edib ki, 1991-ci ildə Mərkəz yaradıldıqdan sonra mətbəxlə, musiqi ilə bağlı xaricdə dərc olunan məqalələri olub və  Kanadadan –  Dünya Kulinariya Təşkilatının rəhbəri ona axtarıb tapıb..  

“Məhz onun sayəsində, mərkəz yaradıldıqdan cəmi bir il sonra – 1992-ci ildə Azərbaycan Ümümdünya Kulinarıya Təşkilatları Brliyinə  üzv olduq. Müqayisə üçün: Malta – 8 il, Yoponiya 6 il, Türkiyə mənim köməyim ilə 13 il vaxt sərf etdi bu təşkilata üzv olmağa. Ümumilikdə 50-dək ölkəyə kömək etdik. Və Azərbaycan bu sahədə liderlik etməyə başladı. Əlbəttə, müəyyən məsələlərdə şəxsi münasibətlər rol oynasa da, məhz Heydər Əliyevin məktubu  bizim çox çətin günlərimizdə köməyimizə çatdı: həm daxildə biznes adamları, siyasət adamları gördülər ki, Heydər Əliyev mənim vasitəmlə bu məktubu göndərdi və istər-istəməz bəziləri başladı bizə diqqət göstərməyə, yol açmağa. Həm də xaricdə gördülər ki, belə bir vəziyyətdə bu cür məktub gəlirsə, deməli, ölkə prezidenti inanır ki, bu ölkə yaşayacaq. Norveçdə olan Konqresdən başqa, ayrıca mətbuat işçləri üçün konfrans da keçirdik – bu məktubla bağlı. Məktub oxunan da bomba kimi partladı. Həm də bu, informasiya blokadasının yarılması idi”, - Əmiraslanov xatırladıb.

 O, vurğulayıb ki, daha sonra Heydər Əliyev 596 saylı Sərəncam imzalayıb ki,  onun daxilində əsas 3 güclü məsələ olub – region mətbəxlərinin öyrənilməsi, nümayiş etdirilməsi və tanıtdırılması.

“Və biz, “Təbriz mətbəxi”ni, “İrəvan mətbəxi”ni, “Qarabağ mətbəxi”ni, “Naxçıvan mətbəxi”ni kitab halına saldıq. Digərlərinin də tədqiqatları aparılırdı. Artıq mən işdən çıxarıldıqdan sonra dayandırılıb...

Azərbaycan mətbəxinin tarixinin milli irs kimi qorunub saxlanılmasını sonuncu mədəniyyət qanunumuzun 37-ci maddəsinə saldıra bildik. Xarici ölkələrdə dövlətin və biznes resurslarının hesabına restoranlar şəbəkəsinin yaradılması da Heydər Əliyevin tapşırığı idi, həm də gələcəyə yüklənmiş tapşırıq idi. Heç bir dövlət xadimi bu çapda, bu səviyyədə işlər görmür və etsə belə mətbuata bildirilməz: amma Heydər Əliyev azərbaycanlıların çay içmə üsulunu (dişləmə qəndlə) həm deyir, həm də göstərirdi. Biz də YUNESKO-ya çay içmə mərasimini elə-belə salmadıq. Heydər Əliyev “Azərsun Holdinq"in çay fabrikinin açılışında iştirak edəndə “Azərbaycan çayı hanı?”, - deyə sual verdi. Və sağ olsun Holdinqin rəhbəri   Abdolbari Goozal bütün dünyaya “Azərçay”ı tanıtdı. İndi bütün dünyada “Azərçay” tanınır. Çünki üstündə o kişinin ruhu var”, -deyə Tahir Əmiraslanov diqqətə çatdırıb.  

Daha ətraflı: Təzadlar TV-dən (TTV AZ)  izləyə bilərsiniz.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN