booked.netbooked.net booked.net  

Asif Mərzili: «Hörmətli İsa müəllim, Sizcə, AMEA-nın Tarix İnstitutunun əməkdaşı, elmi işi plagiat olduğundan üç dəfə imtina verilən Şəhla Məmmədliyə Prezident yanında AAK- da tarix üzrə fəlsəfə doktorluğu diplomu verilməsi necə mümkün ola bilər

«Təzadlar» qəzetinin baş redaktoru, Avropa Mətbuat Federasiyasının Türkiyə Qəzetçilər Birliyinin üzvü, Türkiyənin üç nüfuzlu portalının köşə yazarı Asif Mərzili Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti, Akademik İsa Həbibbəyliyə müraciət ünvanlayıb. Müraciətdə deyilir: «Çox hörmətli İsa müəllim! Bildirirəm ki, bir müddət əvvəl Sizə AMEA-nın Tarix Etnologiya İnstitutunun intriqa yuvasına çevrilməsi barədə konkret faktlar və şikayətçinin təqdim etdiyi maddi sübutlar əsasında müraciətlər göndərmişdik. Həmin müraciətlər "Media haqqında" Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq rəhbəri olduğunuz AMEA- nın elektron poçtuna da mövqe bildirilməsi və tədbir görülməsi üçün göndərilmişdir. Lakin təəssüf edirik ki, bu baş verməmişdir, əksinə, qarşı tərəfin təhdidləri ilə qarşılaşmalı olmuşuq. Odur ki, sonuncu dəfə Sizə müraciət etməli olduq. Çünki redaksiya əməkdaşları institutun direktoru Kərim Şükürovun təhdid və şantaşları, təhqirləri ilə mübarizə aparmaq məcburiyyətindədir. Doğrudanmı AMEA rəhbərliyi Kərim Şükürovun öhdəsindən gələ bilmir? Elədirsə, icazə verin media olaraq pozulmuş hüquqlarımızın bərpası üçün cənab Prezident İlham Əliyevdən kömək istəyək.

Hörmətli İsa müəllim, yəqinki bu Sizə sonuncu müraciətimizdir. Ona görə də diqqətinizə qısa da olsa, bəzi məqamları çatdırmalı olduq. Bildiririk ki, adı çəkilən institutun aparıcı elmi işçisi Günel Aslanlı redaksiyaya müraciət edərək institutun rəhbərliyi tərəfindən ona qarşı edilən qanunsuz əsassız hərəkətlər, qadın olaraq hüquqlarının hər gün kobud surətdə pozulması, eləcə direktor Kərim Şükürovun müdafiə etdiyi Şəhla Məmmədli tərəfindən təhqir edilməsi s. barədə şikayətinin olduğunu bildirdi. Sonra o, müsahibə vermək istədiyini söylədi. Əməkdaşımız Elçin Məmmədli G.Aslanlını redaksiyaya dəvət edərək ondan müsahibə götürdü. Bundan əvvəl isə G.Aslanlının şikayəti «Media haqqında» Qanunun tələblərinə uyğun olaraq mövqe bildirilməsi üçün institutun direktoru Kərim Şükürova göndərilmişdi. Lakin məsələyə təmkinlə münasibət bildirmək əvəzinə, K.Şükürov tutduğu vəzifəsinin məsuliyyətini belə dərk etmədən redaksiyaya əmkdaşlarımıza qarşı aqressiv mövqe sərgilədi, media subyekti olaraq əməkdaşlarımızın peşə fəaliyyətinə təhdid yolu ilə maneçilik törətmək məlum şikayətin dərc olunmasının qarşısını almaq üçün redaksiyaya qarşı həm böhtan şantaj hərəkətlərindən əl çəkmədi. Hansı ki, Azərbaycan Cinayət Məcəlləsinin 163- maddəsində deyilir: «Maddə 163. Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma: -163.1. Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma, yəni zor tətbiq etməklə ya belə zor tətbiq etmə hədəsi ilə (Təhdid etmənin özü bura aiddir.RED.) onları məlumat yaymağa ya məlumat yaymaqdan imtinaya vadar etmə- beş yüz manatdan min manatadək miqdarda cərimə ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. -163.2. Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə- üç ilədək müddətə müəyyən vəzifə tutma ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə ya edilməməklə iki ilədək müddətə islah işləri ilə ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır».

Lakin media olaraq sorğumuz qanunla yolveriləbilən müddətdə cavablandırılmadığından, belə hərəkətlərə boş verərək şikayətçinin maddi sübutlu müsahibəsini dərc etdik. Ardınca institutun əməkdaşı Şəhla Məmmədlinin həm G.Aslanlıya, həm redaksiyaya qarşı anonim elektron ünvanlardan yazdığı küçə leksikonlu təhqirləri ilə rastlaşdıq. Şəhla Məmmədlinin həm institutun əməkdaşı G.Aslanlıya, həm redaksiyaya göndərdiyi həmin dilə gətirilməsi mümkünsüz təhqirlərinin surətini Sizə göndəririk. Artıq bu barədə hüquqi müstəvidə araşdırma aparılır. 

Hörmətli İsa müəllim!

Bu müraciəti yazmaqda məqsədim bir vacib məsələyə aydınlıq gətirilməsidir. Əməkdaşlarımız rəhbəri olduğu institutu qalmaq yuvasına çevirmiş Kərim Şükürovun dəstəklədiyi daim irəli çəkdiyi(bütün institut bilir danışır, şikayətlənir) Şəhla Məmmədlinin fəaliyyəti barədə qısa araşdırma apıblar. Məlum olub ki, Kərim Şükürov bu xanımı elmi dərəcəsi olmadığı halda institutda böyük elmi işçi kimi vəzifəsini böyüdüb. Halbuki onun dissertasiya işi uzun illərdir plagiatlığına görə geri qaytarılır, baxmayaraq ki, Kərim Şükürov bu dissertasiya işini, bizə verilən məlumata görə, Sizə təqdim edərək onun təsdiqlənməsinə çalışıb. Hətta bunun üçün guya Sizin xahişinizlə Naxçıvan MR Elmlər Akademiyasından da akademik İsmayıl Hacıyevin imzası ilə qanunsuz və əsassız olaraq tələskən rəy gətizdirilib, təki Kərim Şükürov sakitləşsin və s. Bu barədə bir neçə gün əvvəl apardığımız araşdırmaların əsasında yayımlanmış «AMEA-NIN TARİX VƏ ETNOLOGİYA İNSTİTUNUN ELMİ JURNALINDA PLAGİAT MƏQALƏ» başlıqlı araşdırma yazının linkini təqdim edirik: https://tezadlar.az/index.php/en/agenda/25611-k-ri-m-sukurovun-tari-x-v-etnoqrafi-ya-i-nsti-tunun-elmi-jurnalinda-plagi-at-m-qal-fotolar.html 

Hörmətli İsa müəllim, bu gün isə bizə məlum oldu ki, Sizi də bizə məlum olmayan səbəblərə görə bu qanunsuz diplom təsdiqləmə oyununa şərik etmək istəyənlər var. Doğrudanmı Kərim Şükürovun istəyi Sizə mahiyyəti ilə bəlli deyil? Hətta elmi ictimaiyyət arasında söhbət gəzir ki, Kərim Şükürov AMEA- ya rəhbər gətirilir. Deməli, məqsəd AMEA- nın olan- qalan nüfuzunu da bu cür qanunsuz diplomvermə hoqqaları ilə heçə endirmək, "bulanıq suda balıq tutmaq", adınızı belə gərəksiz, mənfi fəaliyyətdə hallandırmaqdır! Şəxsən elmi ictimaiyyətin Prezident yanında Ali Attestasiya Komissiyasına və komissiyanın rəhbəri, Professor Famil Mustafayevə olan böyük inam və etibar onu deməyə əsas verir ki, bu qurumda belə saxta hərəkət və niyyətlərə həmişə "qırmızı işıq"dır! Odur ki, tədbir görməyiniz vacibdir! Vaxtilə özünü AMEA-nın rəhbərliyi səviyyəsində- Ramiz Mehdiyevin, indi isə Sizin yerinizdə görən Kərim Şükürovun cavabı verilməli deyilmi?!

 SONDA: xatırladım ki, Şəhla Məmmədli, məsələn, Kərim Şükürovla birləşərək «Təzadlar» qəzetinə və digərlərinə qarşı qarayaxmalarına könül vermək əvəzinə gerçəkdən elmi işlə məşğul olsaydı, bəlkə də bu vəziyyət alınmazdı, yəni elmi işi plagiat çıxmazdı, diqqətini elmə yönəldərdi. Onun Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevə bu günlərdə «Təzadlar» qəzetinin əməkdaşları barədə yazdığı rəsmi məktubundakı şantaj yalanlarını diqqətinizə çatdırırıq: Sitat: «…Hörmətli Samir müəllim, nəzərinizə çatdırıram ki, bu saytın ayrı-ayrı şəxslərə təşkilatlara davamlı olaraq böhtan atan reket- jurnalistlərini«fəaliyyəti» ictimaiyyətə məlumdur. İftiraları müqabilində Milli Mətbuat Şurasının qara siyahısına salınan, əməkdaşları mühakimə olunan, redaktoru həbs edilən bu sayt hazırda Günel Aslanlının müsahibəsini əsas tutaraq institutun fəaliyyətini ləkələməklə gərginlik yaradır, qaragüruhçu qüvvələrə meydan verir…» s.

Dəyərli İsa müəllim, dissertasiyası plagiat çıxmış Şəhla Məmmədlinin bu tip məktubu elmi dərəcə almağa iddialı olan bir adama yaraşırsa, qoy onda  tarix üzrə fəlsəfə doktoru elmi adının diplomunu alsın. Yox, elə deyilsə, bunları nəzərə almağınızı xahiş edirik. Alim olmaq üçün ilk növbədə əsl ziyalı olmaq lazımdır. Ziyalı olan adam isə heç bir halda yalan şantajla məşğul olmaz, küçə leksikonlu adamların dilində belə səslənməyən ifadələrlə dolu elektron məktubları həmkarı olan qadına  redaksiyaya göndərməz. Deməli, onun başı üzərində rəhbərliyin əli dayanır. Kərim Şükürovun başı üzərindən onun əməkdaşı (bilmirəm, dəsti-xəttdən bu məktubun Kərim Şükürov tərəfindən yazıldığını ehtimal edirəm) belə işlərlə məşğuldursa, daha sözüm yoxdur. Belə çıxır ki, institutun təəssübünü çəkəsi bir adam qalmayıb, elmi dərəcəsi olmayan xanım Şəhla Məmmədli bu missiyanı öz üzərinə götürüb…».

XXX

 Beləliklə, Asif Mərzilinin məktubuna bir məqamı da əlavə edim, Kərim Şükürov bilsin: əvvəla, ictimai təşkilat olan Mətbuat Şurasının keçmiş rəhbərliyinin uzun illər yanlış olaraq media ailəsində «reket» s. axtarışı, nəhayət, 2021-ci ildə Prezident Adminstrasiyasında sərt reaksiya ilə qarşılandı və məhz "Təzadlar"ın rəhbərliyinin birbaşa səyləri bu işə təkan verdi, həmin əsassız siyahılanma birdəfəlik rədd edildi.

 İkincisi, Asif Mərzili yeganə jurnalistdir ki, peşə fəaliyyəti ilə bağlı 2009-cu ildə həbs olunmuşdu, Prezident İlham Əliyevin tapşırığı əsasında məsələ dərhal araşdırıldı, 2 gün sonra jurnalist məhz bəraət alaraq azad olundu, hakimlər Abbas Rzayev Tahir İsmayılov ciddi şəkildə cəzalandırıldılar, şikayətçi ABU rektorunun isə aqibəti hər kəsə bəllidir. ATƏT ABŞ Departamenti bu qərara görə cənab Prezident İlham Əliyevə xüsusi təşəkkür etmişdir.

Üçüncüsü, Azərbaycan Mətbuat Şurası bir neçə ay əvvəl «Təzadlar» qəzetini uzun illər səmərəli fəaliyyəti 30 illik yubileyi münasibətilə təbrik etmiş, qəzetə xüsusi diplom təqdim olunmuşdur.

Dördüncüsü, Asif Mərzili hərbi sahədəki əməkdaşlığına görə bu yaxınlarda Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin Sərəncamı ilə xüsusi medalla təltif edilmişdir(eləcə mən-Elçin Məmmədli, hansı ki, özüm 1-ci, oğlum isə 2-ci Qarabağ müharibəsi veteranıyıq).

Beşincisi, Asif Mərzili Avropa Mətbuat Federasiyasının Türkiyə Qəzetçilər Birliyinin üzvü, Türkiyənin üç portalının köşə yazarıdır.

Altıncısı, «Təzadlar» qəzeti və saytı Dövlət reyestrinə daxil edilmiş media subyektidir s.

Yeddincisi, Asif Mərzilinin sayca 12- ci kitabı olan "Sonuncu əmr" romanı Azərbaycanın 44 günlük Zəfər müharibəsindən bəhs edən ilk və hələki yeganə əsərdir, ədəbiyyatsevərlər tərəfindən yüksək qiymətləndirilib, aidiyyəti dövlət qurumlarında romanın sujet xətti əsasında bədii film çəkilişi barədə müzakirələr aparılmaqdadır.

Məncə, bu qədər hələlik yetər. Amma hamı səbrsizliklə AMEA və Prezident yanında Ali Attestasiya Komissiyasının rəhbərliyinin Tarix və Etnologiya İnstitutunda  baş verənlərlə bağlı qərarını mövqeyini gözləyir.

Mövzuya qayıdılacaq.

Araşdırmalar davam edir...

"Təzadlar"ın Araşdırma Qrupu

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN