Avstraliya Azərbaycanın COP29-a daha böyük uğurla ev sahibliyi etməsinə dəstək vəd edir...

Azərbaycan Respublikasının Avstraliya Birliyi, Yeni Zelandiya və Fici Respublikasındakı Səfirliyindən "Təzadlar"a verilən məlumatda qeyd edilir ki, Avstraliya İttifaqının Federal Parlamentdə Avstraliya-Azərbaycan parlamentlərarası dostluq qrupu və Səfirliyin birgə təşəbbüsü ilə 28 may tarixində müstəqillik günü ilə bağlı rəsmi qəbul keçirilmiş, tədbir çərçivəsində eyni zamandan yenicə təsis olunmuş dostluq qrupunun inauqurasiya mərasimi təşkil olunmuşdur. Tədbir zamanı Avstraliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Mayk Frilander və sədrin müavini  Rik Vilson çıxış edərək Azərbaycanı müstəqillik bayramı münasibəti ilə təbrik etmiş, May ayının 1-3 tarixlərində ölkəmizdə keçirilmiş VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etdiklərini və Azərbaycanın regionda və dünyada artan müsbət rolu barəsində məzmunlu çıxış etmişlər.

***

Məlumatda o da qeyd edilir ki, Senator və Konqresmenlərin, dövlət rəsmilərinin və diplomatik nümayəndəliklərin rəhbərlərinin iştirak etdiyi tədbirdə UNFCCC-də Avstraliya nümayəndə heyətinin rəhbəri, xanım Dr. Sally Box çıxış edərək Azərbaycanın COP29-a uğurla ev sahibliyi edəcəyinə inandığını və Avstraliya İttifaqının ölkəmizi bu məsuliyyətli missiyada dəstəkləyəcəyini söyləmişdir. Xanım Sally çıxışında, “Hər iki ölkə iqlim dəyişikliyinin həllinə təcili ehtiyac olduğunu başa düşür və gələcək nəsillər üçün daha yaşıl gələcəyə kömək etməyə çalışır. Onların mütərəqqi siyasətləri bərpa olunan enerjinin inkişafında əhəmiyyətli irəliləyişlərə səbəb olub” deyə fikirlər səsləndirib. Tədbir zamanı Səfirlik tərəfindən hazırlanmış "COP29 və Azərbaycan üçün yaşıl enerji strategiyası” mövzusunda  təqdimat edilmişdir. Təqdimatda ölkəmizin yaşıl enerji sahəsində həyata keçirdiyi layihələr və gələcəyə baxışı barədə, habelə COP 29 tədbirinə hazırlıq istiqamətində görülən işlər və çoxsaylı ikitərəfli, çoxtərəfli görüşlər barədə məlumat verilmişdir. Bildirilmişdir ki, həm Avstraliya, həm də Azərbaycan 2030-cu ilə qədər istixana qazlarının emissiyasını 35% azaltmaq və 2050-ci ildə bu hədəfi 40% ə çatdırdırmaq və Avstraliyanın isə 2050-ci ilə qədər xalis sıfır emissiya planı ilə karbon emissiyalarını azaltmaq kimi ümumi hədəfi bölüşür.

Qeyd etmək istərdik ki, Avstraliyanın Federal Parlamentində keçirilən bu tədbiri yerli xəbər portallarından olan “vibemedia” geniş işıqlandırmışdır. 

https://www.vibemedia.net.au/independence-day-of-azerbaijan-azerbaijan-australia-inter-parliamentary-friendship-group-inaugurated/

 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN