Tez-tez kuryoz hallarla gündəmə gələn ABŞ prezidenti Co Bayden bu dəfə bənzər hadisə ilə üzləşib.
Ölkə miqyasında meşə yanğınlarıyla bağlı açıqlama verən və Ağ Evin “Youtube” səhifəsindən canlı olaraq yayımlanan dövlət başçısının çıxışı yarıda kəsilib.
Mənbə: “Haber Global”
***
Baydendən daha bir xəbər: Bayden Trampı xatırlayan kimi xaç çəkdi
ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. O bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq.
“Bilirsiniz ki, ötən il seçkilərdə mən əsl Donald Trampla rəqabətə girdim”, -deyən Bayden dərhal katoliklərin tərzində xaç çəkib.
Prezident bildirib ki, kaliforniyalı qubernatorun rəqibi Elder Donald Trampın “klonudur”.
Mənbə: “Associated Press”
Şakir QURBANOV