Xəbər verdiyimiz kimi, SOCAR- IN istanbul ofisinə basqın edilib...

Tezadlar.az bildirir ki, fakt üzrə ciddi araşdırma aparılır... Türkiyənin “Haber Global” telekanalı isə özünü Fələstin tərəfdarı adlandıran bir qrupun “SOCAR”ın İstanbuldakı ofisinə hücumu barədə süjet hazırlayıb. Həmin süjetdə binaya hücum edənlərin əsl hədəfi qeyd edilir və Bildirilir ki, hücum edənlər yalan məlumat əsasında Azərbaycan və Türkiyə münasibətlərinə xələl gətirməyə çalışır. Sitat: "Neftin Türkiyə üzərindən İsrailə satıldığı ilə bağlı böhtan atan terror təşkilatının tərəfdarları Türkiyənin İstanbul şəhərində yerləşən Azərbaycan Dövlət Neft Şirkətinin binasına hücum ediblər. Hücumçular pəncərələri sındırıb, qapıları yerindən çıxarmağa və hədə-qorxu gəlməyə çalışıblar. Qəzzaya dəstək adı ilə çıxış edən marjinal qrupların əsas hədəfi Azərbaycan-Türkiyə dostluğu olub. Fələstinin tərəfdarı kimi çıxış edən bu qrup Qəzzanı bəhanə edərək, yalan və böhtanla Azərbaycanı ləkələməyə çalışır”.

Və aksiyada iştirak edənlərin bir çoxunun Suriya və İraqda Türkiyəyə qarşı döyüşən terrorçu qruplaşmaların fəaliyyətini dəstəklədiyi məlum olub: “Bu da öz növbəsində əsl məqsədin Qəzza olmadığını açıq-aydın ortaya qoyur. Aksiyada İranın da əli var. Binaya hücum İranın dəstəklədiyi qruplaşmalar tərəfindən həyata keçirilib. Odur ki, türklər üçün həssas olan Qəzza alət olaraq istifadə edilir”.

Sujetdə Azərbaycan ərazilərini işğaldan azad etdikdən sonra qərbyönümlü qüvvələr Türkiyə ilə münasibətlərə zərər yetirmək üçün müxtəlif provokasiyalara əl atırlar: “Lakin bu cür aksiyalar heç bir nəticə verməyəcək” və sair...

"Təzadlar" həmin sujeti təqdim edir: 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN