Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 4 104 yoluxma halı qeydə alınıb, 67 nəfər ölüb.

Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 752 855, ölənlərin sayı isə 10 435 nəfərə çatıb. Virusa yoluxanlardan 688 781 nəfərin sağaldığı bildirilir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN