Azərbaycan və Türkiyə sabah Bakıda daha bir şanlı tarixi hadisəyə şahidlik edəcək.

Bu gün isə Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti Bakıya gələn Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi geniş tərkibli hərbi nümayəndə heyətini qarşılayıb. Bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir. Türkiyə nümayəndə heyəti Zəfər Günü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak edəcək.

 Bir il əvvəl Azərbaycanın şanlı Ordusu Ermənistanın 30 illik işğalına son qoydu və Qarabağın işğalda olan əraziləri düşməndən təmizləndi, Azərbaycan bayrağı düz bir ildir Şuşada və digər azad edilmiş şəhər və kəndlərimizdə dalğalanır...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN