İstanbulda türk dünyası ölkələrinin müstəqilliyinin 30-cu ildönümü qeyd olunur...

İMM-in təşkil etdiyi tədbirlərdə konsertlər, rəqs nömrələri, ədəbi söhbətlər və sərgilər keçiriləcək. Noyabrın 7-də CRR-də baş tutmuş açılış mərasimində İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlu ilə birlikdə CHP sədri Kamal Kılıçdaroğlu və İYİ Partiya sədri Meral Akşener də iştirak ediblər.

Tədbirin təşkilatçısı, Qarabağ Müharibəsi Cinayətlərini Araşdırma Komissiyasının (KASSAK) (sədr Salih KURT) üzvü, sosioloq Elif Lale Kırcaoğlunun “Təzadlar” qəzetinə (www.tezadlar.az) verdiyi məlumatda qeyd edilir ki, 1991-ci ildə müstəqillik əldə etmiş Azərbaycan, Türkmənistan, Qırğızıstan, Qazaxıstan və Özbəkistan İstanbulda müstəqilliklərinin 30-cu ildönümünü qeyd edirlər. İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) ev sahibliyi etdiyi “Türk Dünyası Ölkələrinin 30. Yubiley İncəsənət Bayramları” tədbirləri 7-14 noyabr tarixlərində Cemal Reşit Rey (CRR) Konsert Salonunda və Topkapı Türk Dünyası Kültür Mahalında baş tutmaqdadır.

 Gündəliyin məlumatında o da qeyd edilir ki, Türk Cümhuriyyətlərinin adət-ənənələrinin və mədəniyyətlərinin tanıdıldığı fəaliyyətlər çərçivəsində konsertlər, rəqs nümayişləri, ədəbi söhbətlər, sərgilər və canlı emalatxanalar təşkil olunacaq. Müstəqilliklərini qeyd edən 5 ölkədən və Türkiyədən gələn sənətkarların iştirakı ilə keçiriləcək əl işləri sərgiləri, ənənəvi uşaq oyunları, ölkələr haqqında səyahətçi təqdimatları və qastronomiya dequstasiyaları olacaq, eləcə də Topqapı Türk Dünyası Mədəniyyət Məhəlləsində konsertlər keçiriləcək. Hər ölkəyə xas olan Topkapıda keçiriləcək tədbirlər 12:00-17:00 saatları arasında ictimaiyyətə açıq və pulsuz olunur. Şənliklər Türkiyə ictimaiyyəti tərəfindən coşqu ilə qarşılanır.

***

Fəaliyyətlər çərçivəsində 9 noyabrda isə Azərbaycanda və Türkiyə Respublikasında, 10 noyabrda Özbəkistanda, 12 noyabrda Qırğızıstanda, 13 noyabrda Qazaxıstanda və 14 noyabrda Türkmənistanda mədəniyyət və incəsənət şənlikləri keçiriləcək. Bird aha xatırladırıq ki, noyabrın 7-də CRR-də düzənlənən “Türk Dünyası Ölkələrinin 30-cu İl İncəsənət Bayramları”nın açılış mərasimində İBB sədri Əkrəm İmamoğlu, CHP sədri Kamal Kılıçdaroğlu və İYİ Partiya sədri Meral Akşener də iştirak ediblər. Şənliklər davam etməkdədir.

9 Noyabr 2021-ci il tarixi isə İstanbulda Azərbaycan Günü kimi qutlanır.  Topqapı Türk Dünyası Mədəniyyət Məhəlləsində baş tutan bu günkü tədbirlərin açılışı saat 12:00-da olub və Ənənəvi Əl İşləri Sərgiləri keçirilib. Saat 13:00-da Azərbaycanın milli musiqi konserti, ardınca qədim xalq “Ənənəvi oyunlar”ı keçirilib. 14:30-da Azərbaycan stendləri qurulub və ölkəmiziin tanıdılması barədə bukletlər seyrçilərə təqdim olunub, ardınca isə milli kulinariya (qastronomiya dequstasiyası) məhsulları ziyarətçilərin ixtiyarına verilib. Tədbir hazırda da davam edir. Saat 15:30-da Azərbaycan milli musiqi konserti olacaq.

CEMAL REŞİT REY KONSERT ZALI-nda keçiriləcək tədbirin moderatoru Pelin Batu, “Nazım Hikmət və Bəhri Hazerin poeziyası” töhfəsində Prof. Dr. Cevat Çapan söhbət aparacaq, “Türk Səs Dünyasında Ənənəvi Musiqi” bölümündə Prof. Dr. Feza Tansuğ moderatorluq edəcək. Saat 20.00-da isə tanınmış caz ifaçısı Əzizə Mustafa Zadə konsert proqramı ilə çıxış edəcək.

Sabah noyabrın 10-da isə Böyük ATATÜRK-ün Anım Mərasimi olacaq.

Tanrı qardaş Türkiyəmizi və müstəqilliyinin 30-cu ilini qeyd edən Azərbaycanımızı qorusun!

SONDA: Redaksiyamıza ətraflı məlumat verdiyinə görə, bu işdə böyük zəhməti keçən, tədbirlərin təşkilatçılığını edən dəyərli xanım Elif Lalə Kırcaoğluna böyük təşəkkürümüzü bildirir və Azərbaycandan bir qucaq salamımızı göndəririk!

Asif Mərzili

 

 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN