Bu gün İstanbulda tarixi hadisələrdən biri baş verir-Türk Şurası ölkələrinin VIII Zirvə toplantısı keçiriləcək.

İclasda Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Prezident Kasım-Jomart Tokayev, Qırğız Respublikası Prezidenti Sadır Caparov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhammedov, Macarıstanın Baş naziri Viktor Orban və Türk Şurasının Baş katibi Bağdat Amreyevin iştirak edəcəyi gözlənilir.

“Elektron dövrdə "Yaşıl texnologiyalar" və Ağıllı şəhərlər” mövzusunda təşkil olunan toplantıda liderlər bir çox mühüm məqamları, o cümlədən təşkilatın gələcəyini müəyyənləşdirən məsələləri müzakirə edəcəklər.

Tarixi zirvədə Türkmənistanın müşahidəçi olaraq təşkilata qoşulması, üçüncü ölkələr və qurumlarla əlaqələrin müəyyənləşməsi, təşkilatın gələcəyi ilə bağlı qərarların qəbul edilməsi gözlənilir. Eyni zamanda, liderlər iclasda regional və beynəlxalq iqtisadi-siyasi vəziyyətlə bağlı fikir mübadiləsi aparacaqlar. Zirvə toplantısında sədrlik Azərbaycandan Türkiyəyə keçəcək.

Türkdilli ölkələrin bir araya gəlməsi həqiqətən də tarixin bir vacib hadisəsidir. Vaxtilə SSRİ tərkibində olan bu ölkələrin Türkiyə ilə bu formatda əlaqələri olmamışdır...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN