Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalının prezident Rəcəb Tayyib Ərdoğana türk dünyasının xəritəsini hədiyyə etməsi Rusiya və Yunanıstanda narazılıqla qarşılanıb.

Türkiyə mənbələri xəbər verir ki, xəritəni əhatə etdiyi ərazilər Rusiyanın bəzi dairələrində gündəm olub. Xəritənin Rusiyanın ərazilərini də əhatə etməsi mesaj kimi qəbul edilib.Yunanıstan mediası da xəritəyə sərt reaksiya verib, Hətta bu təxribat adlandırılıb. Xəritənin Trakiya və Kipri əhatə etməsi narahatlıqla qarşılanıb.

Qeyd edək ki, Dövlət Baxçalının hədiyyə etdiyi xəritədə Azərbaycan da daxil olmaqla, müstəqil türk respublikaları qırmızı rəngdə, türk xalqlarının yaşadıqları digər ərazilər isə narıncı və sarı rənglərdə qeyd edilib. İkincilərə Balkan yarımadasının bir hissəsi, Rusiyanın cənub əraziləri və şərqi Sibir, eləcə də Çinin Sintszyan-Uyğur muxtar vilayəti daxildir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN