Ermənistanın Baş naziri Nikol Paşinyanın Gürcüstana işgüzar səfəri başlayıb.

 TEZADLAR.AZ yerli KİV-ə istinadən xəbər verir ki, Paşinyanı Tbilisi Beynəlxalq Hava Limanında Gürcüstanın Xarici İşlər Naziri David Zalkaliani qarşılayıb. Rəsmi qarşılanmadan sonra Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında təkbətək görüş keçirilib. Görüşdən sonra baş nazirlərin sədrliyi ilə Gürcüstan və Ermənistan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 11-ci iclası keçirilib. İclas zamanı Nikol Paşinyan Gürcüstanla Ermənistan arasında münasibətlərin yeni daha keyfiyyətli mərhələyə qədəm qoyduğunu bildirib: "Mən Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini və Ermənistanla Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 11-ci iclasının iştirakçılarını səmimiyyətlə salamlayıram. İlk növbədə, ənənəvi, səmimi qəbula görə gürcü həmkarıma təşəkkür etmək istərdim. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, çətinliklərə baxmayaraq, Gürcüstanla Ermənistan arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub və hər keçən gün müxtəlif sahələrdə yeni uğurlar müşahidə olunur", - deyə N. Paşinyan qeyd edib.

Qeyd edək ki, görüşdən sonra baş nazirlərin sədrliyi altında Gürcüstan və Ermənistan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası keçiriləcək. Görüşdə Gürcüstan və Ermənistan hökumətinin üzvləri, müvafiq qurumların nümayəndələri iştirak edəcəklər.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN