...Şuşaya düz 30 ildən sonra ayaq basdım...

30 il idi Şuşanın yanında üzüm qazan qarası kimi qapqara idi, çünki Şuşa mənsiz, sizsiz... idi. Şuşa bizsiz dözürdü...

XXX
...30 il idi Şuşanı yuxularımda görürdüm. Bir Allah bilir ki, Şuşanı yuxuda da utana-utana, xəcalət çəkə-çəkə görürdüm. Yuxudan ayılıb hər dəfə "Şuşa, sənə qurban olaq, noolar, bizi bağışla! Vallah, gələcəyik, mütləq gələcəyik!" deyib özümüzə təsəlli verirdik, özümüzü ovudurduq... Və bu gün Şuşadayıq! ŞUŞA Azərbaycandır... Və Şuşa bizi ağappaq qarı-Cıdır düzünə sərdiyi halal süfrəsi kimi qucaq açıb qarşılamışdı... Şuşa bununla da demək istəyirdi ki, yanınızda üzüm ağdır, balalarım, zamanın çox sınağına dözmüşəm, dözmüşük, dözəcəyik... Əsas odur ki, siz mənim qoynumdasınlz!

XXX

 Əziz, Şuşa, biz səndəyik... Və səndə səndən yazırıq... 30 il idi səndən Bakıda yazırdıq... Utana-utana yazırdıq, xəcalət çəkə-çəkə yazırdıq, indi sevə-sevə yazırıq və yazacayıq... 

Asif MƏRZİLİ

P.S.Bu müqəddəs ziyarəti qismət etdiyininə görə Ali Baş Komandana, Ordumuza, xalqımıza, nəhayət, Medianın İnkişafı Agentliyinin rəhbərliyinə sonsuz minnətdaram... Daha geniş və əhatəli yazı tezliklə olacaq...

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN