Prezident Aparatının rəhbəri Andriy Yermak Zelenski ilə bağlı maraqlı məsələni ictimailəşdirib...

Yermak “Ukrayinska Pravda”ya müsahibəsində bildirib ki, Rusiya bombardmanları ilə bağlı ilk məlumatdan sonra dərhal əşyalarını yığıb işə yola düşüb, bu vaxt görüb ki, Dövlət başçısı Vladimir Zelenski artıq Bankova küçəsindədir. "...Gecə saat 2 radələrində evə gəldim. Vəziyyətin nə olduğunu başa düşmək çətin idi, çünki o vaxt çoxlu qarışıq məlumatlar var idi. Amma təxminən saat yarımdan sonra mən artıq kəşfiyyat və təhlükəsizlik orqanlarından məlumat aldım. Hərbi əməliyyatların başlaması haqqında idi... Ona görə də tez əşyalarımı yığdım və artıq səhər saat 5 radələrində Prezident Aparatında idim. Sərhəddə döyüşlərin başladığı, bombardmanların olduğu barədə narahat dolu məlumat aldım. Ona görə də dərhal, demək olar ki, ilk dəqiqələrdən mən Ofisdə oldum. Bankovaya gələndə prezident artıq orada idi. Bilirsiniz, biz son ana qədər inanmırdıq ki, Putin belə addım ata bilər. Bilirsiz, tərəfdaşlarımızdan da çoxlu məlumatlar var idi. Amma yenə də inanmadıq.
Təbii ki, hər şeyi hazırladıq. Və buna görə də indi nəticəni görürük - ikinci həftədir uğurla mübarizə aparırıq. Bu, bütün bu aylara hazırlaşdığımızın sübutudur. Amma çoxları hələ də buna inanmırlar ki, Ukrayna hansı gücə və beynəlxalq dəstəyə malikdir...”.

Bəli, Ukraynaya işğal niyyəti ilə hücum ediləcəyini heç kim inanmırdı, hətta Rusiyaya yaraşdırmırdı da. Amma indi məlum olur ki, Rusiyadan nəyisə gözləməmək yanlışlıqdır, ehtiyatı heç vaxt əldən vermək olmaz...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN