Qərbin uzun illər boyu Rusiya prezidenti Vladimir Putinin yaratdığı təhlükəni anlamamasının əvəzini indi Ukrayna ödəyir.

BBC-nin məlumatına görə, bunu Britaniyanın baş naziri Boris Conson bildirib.

Onun sözlərinə görə, Rusiyanın Ukraynaya müdaxiləsi artıq uğursuzluğa düçür olub, çünki Putin Ukraynadakı müqavimətin gücünü lazımınca dəyərləndirməyib.

“O, Ukraynanı məğlub edə və fəth edə bilməyəcək. Ona görə ki, ukraynalılar prinsipial olaraq göstərdilər ki, onlarda sarsılmaz ruh var. O, geri çəkilməlidir və bu işi bağlamalıdır. Tanklarını, zirehlilərini götürməlidir. Və bu, Ukrayna xalqının iradəsinə hörmətlə yanaşan qərar olmalıdır", -deyə Conson vurğulayıb.

Həmçinin Britaniyanın baş naziri  2014-cü ildə Krımın işğalına baxmayaraq, “ictimayyətin bir hissəsi kimi Putinə üz tutan” Avropa ölkələrini də qınayıb.

Britaniya hökumətinin başçısı qeyd edib ki, Qərb əmin olmalıdır ki, “bir daha heç vaxt Putinin hədəsinə  məruz qalmayacaq”, xüsusən də söhbət Rusiya nefti və qazından gedirsə.

Xatırladaq ki, Ukraynaya qoşun yeridilməzdən bir neçə gün öncə Rusiya Prezidenti Vladimir Putin “LXR” və “DXR”-ni tanıyan fərmanlar imzaladı.

İki gün sonra - fevralın 24-ü Moskva vaxtı ilə səhər saat 5:30-da Vladimir Putin  Ukraynada “xüsusi əməliyyat”ın başladığını elan etdi. Və qeyd etdi ki, RF “Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün səy göstərəcək”.

Bu gün Ukraynada başladılan müharibənin 22-ci günüdür...

Ukrayna və Rusiya nümayəndə heyətinin 4 dəfə görüşməsinə baxmayaraq, təəssüf ki, hələ də müharibəni dayandırmaq üçün razılaşma əldə edilməyib -danışıqlar nəticəsiz qalıb.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının 2 gün öncəyə olan məlumatına görə, Rusiyanın 20 gün ərzində13 500-dən çox hərbçisi zərərsizləşdirilib.

Həmçinin 81 təyyarəsi, 95 helikopteri, 404 tankı, 1 279 zirehli döyüş maşını, 64 reaktiv yaylım atəş sistemi, 150 artilleriya qurğusu, 3 gəmi və kateri, 640 avtomobil texnikası, 60 yanacaq çəni, 36 hava hücumundan müdafiə sistemi də məhv edilib.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN