...Belarus prezidenti Aleksandr Lukaşenko hesab edir ki, Ukrayna prezidenti Vladimir Zelenski sülh naminə Rusiya prezidenti Vladimir Putinin təkliflərini qəbul etməlidir, əks halda Kiyev sonda “təslimiyyat aktı” imzalamalı olacaq.

"Təzadlar" Belorus mediasına istinadla bildiri ki, Lukashenka Yaponiyanın TBS telekanalına müsahibəsində belə deyib("Belta"): “Mən əminəm ki, yaxın gələcəkdə bu münaqişə- Rusiyanın apardığı əməliyyat- sülh yolu ilə başa çatacaq. İlk dəfə sizə əsas şeyi deyəcəyəm: Rusiya Ukraynaya, Putin də Zelenskiyə təklif edir, mən bunu tam əminliklə bilirəm – müqavilənin tamamilə məqbul variantını. Və bu gün Ukrayna və Rusiyanın razılığa gəlməsi və Zelenskinin Putinlə bu müqaviləni imzalaması hələ də mümkündür. Zelenski bununla razılaşmasa, inanın ki, o, qısa zamanda təslim aktına imza atmalı olacaq. Rusiya bu müharibədə uduzmayacaq. Siz də buna 100% əminsiniz. Tərəflərdən birinin qələbəsi ilə müharibənin necə bitəcəyini Yaponiya məndən yaxşı bilir”.
 Qeyd edək ki, Lukaşenka Belarusun Ukrayna ilə döyüşmək məcburiyyətində qalmayacağını da bildirib, lakin vəziyyətin gərginləşəcəyi təqdirdə bunu istisna etməyib.
"Qərb bizi bu münaqişəyə sürükləyə bilməyəcək. Bu gün amerikalılar və onların tərəfdaşları bizi bu münaqişəyə sövq etdiyi kimi, biz də bu münaqişəyə cəlb olunmamaq üçün kifayət qədər ağıllıyıq".

 O, bir daha bəyan edib ki, guya 23-24 fevralda Ukrayna Belarus ərazisinə “dörd nöqtədən” zərbə endirməyi planlaşdırıbmış, lakin o və Putin bunun qarşısını alıblar.
Lukaşenka əlavə edib ki, Ukrayna təyyarələri guya Belarusun dövlət sərhədini pozub, həmçinin son bir həftə ərzində ukraynalılar "Belarus ərazisinə iki raket, ən azı iki Toçka-U raketi atıblar" - lakin onlar raketləri havada ikən vura biliblər. Onun sözlərinə görə, bu, Belarusu “həyəcanlandırmaq” üçün edilir ki, Belorus cavab verməyə məcbur olsun.

 Ukraynaın siyasi rəhbərliyi hələki Lukaşenkonun bu bəyanatına cavab verməyib. Amma faktdır ki, 72 saata Kiyevi ram edəcəyini deyən Putinin hərbi maşını 22 gündür  itki verməkdədir...

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN