Xəyanəti dünyaca olan Ermənistan indi də Rusiya üçün Ukrayna müharibəsinin poliqonu olur.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb ki, Rusiya hərbçilərinin bir hissəsi Ukrayna ərazisində döyüş əməliyyatlarında iştirakdan imtina etdiyindən Rusiya Federasiyasının hərbi rəhbərliyi Suriyadan, başqa ərazilərdən, indi isə bəzi hissələri Ermənistandan Ukraynaya keçirməyi planlaşdırır. Bu barədə bu gün 18.03.2022-ci il tarixdə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının əməliyyat məlumatında bildirilib. Sitat: “Döyüş əməliyyatlarında iştirak edən ayrı-ayrı hissələrin döyüş qabiliyyətini bərpa etmək cəhdlərini davam etdirən Rusiya Federasiyasının hərbi rəhbərliyi Ermənistandakı 102-ci Rusiya hərbi bazasından bəzi hissələrin Ukrayna ərazisinə köçürülməsini planlaşdırır. Rusiya Federasiyasının ayrı-ayrı hərbçilərinin hərbi əməliyyatlarda iştirakdan imtina etməsi faktları təsdiqlənir ki, bu da müdafiə qüvvələri ilə toqquşmalardan sonra rus işğalçılarının mənəvi-psixoloji durumunun aşağı səviyyədə olması ilə bağlıdır. Belə ki, Cənub Hərbi Dairəsinin 8-ci Əlahiddə Ümumqoşun Ordusunun 20-ci motoatıcı diviziyasının daimi dislokasiya nöqtəsində 130-a yaxın hərbçi döyüş əməliyyatlarında iştirakdan imtina edib. Düşmənin şəxsi heyəti ruhdan düşüb, intihar, özünü şikəst etmə halları çoxalıb..." və sair.
 Baş Qərargahın məlumatına görə, işğal olunmuş Krımın Cankoy şəhərində ümumi təhsil müəssisələrində təhsil dayandırılıb - onlar Rusiya Silahlı Qüvvələrinin şəhərə gələn hərbi qulluqçularının yerləşdirilməsi üçün istifadə olunur. 

Dünyanın əksər dövlətlərinin rəhbərləri isə Putini soyuq başla düşünüb bu müharibəyən vermək üçün ziyanın yarısından belə qayıtmaq təklifi veriblər. Rusiya isə iki cəbhədə "döyüşür": biri hərbi sahə, digəri isə iqtisadi sanksiyalarla bağlıdır...

Sevinc MURADXANLI

 

 

Pin It

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN