ABŞ-ın Rusiya Federasiyasındakı səfiri Con Sallivan Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Məlumata görə, ABŞ prezidenti Co Baydenin Rusiya prezidenti Vladimir Putinin ünvanına son zamanlar qəbuledilməz çıxışları ilə əlaqədar səfirə etiraz notası təqdim edilib.

“Martın 21-də Rusiya Xarici İşlər Nazirliyinə çağırılan ABŞ səfiri Con Sallivana demarş edilib və Ağ Evin rəhbəri Co Baydenin bu yaxınlarda Rusiya prezidentinin ünvanına səsləndirdiyi qəbuledilməz çıxışlarla əlaqədar etiraz notası təqdim edilib”, - deyə Rusiya XİN-nin yaydığı məlumatda bildirilib.

Qeyd edək ki, Co Bayden Rusiya prezidenti Vladimir Putini “müharibə cinayətkarı” hesab etdiyini bildirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN