Senator Klimov Avropanın Rusiyasız ac, Novak isə qaz verməsələr, əvəzedicisiz qalacaqlarını deyib…

 Bildiyimiz kimi, Rusiyanın Ukraynaya hücumundan sonra ABŞ, Aİ ölkələri Rusiyaya qarşı xeyli sanksiyalar tətbiq etdi və etməkdə də davam edir.

Dünən isə Rusiya Prezidenti Vladimir Putin Nazirlər Kabinetinin toplantısında bildirib ki, Rusiya dost olmayan ölkələrə, o cümlədən ABŞ və Avropaya qazı rublla satacaq.

Putin bunu, Rusiyaya tətbiq edilən sanksiyalar, o cümlədən Rusiyanın vəsaitlərinin dondurulması və dolların dünyada etibarlı ödəniş vasitəsi olmaması ilə izah edib.

Düzdür, bu bəyanatından sonra Rusiya birjasında rublun məzənnəsi 8%-dən çox yüksəlib, dolların məzənnəsi isə 100 rubldan aşağı enib. Lakin bu müvəqqəti hal daşıyıb, sonradan dollar və avro yenidən bahalaşıb…

***

Rusiya Baş nazirinin müavini Aleksandr Novak “Rossiya 1” telekanalına müsahibəsində ölkəyə qarşı tətbiq edilən sanksiyalar məsləsinə toxunub. O, bildirib ki, Avropa nə indi, nə də yaxıın beş ildə Rusiya qazının əvəzləyicisini tapa bilməyəcək.

O, bunu, Avropanın 500 milyard kub qaza ehtiyacı olması və həmin təlabatın 200 milyard kubunu (təqribən 60%) Rusiyadan alması ilə izah edib.

Onun sözlərinə görə, Avropada Rusiya qazını nə bir ildə, nə üç, ya da beş ildə əvəz edə biləcək heç nə yoxdur.

Novak  Avropanın Rusiya enerji daşıyıcılarından tamamilə imtina etməsini “apokaliptik ssenari” adlandırıb.

Bu arada, Senator Andrey Klimov da müsahibəsində bildirib ki, Aİ-nin tətbiq etdiyi anti-Rusiya sanksiyaları, ilk növbədə, Avropa Birliyinin özünə ziyan vurur.

"Aİ sadəcə olaraq resurslarımızla əlaqəni kəsmək qərarına gəldi və dərhal qiymətlər yüksəldi. Biz hələ heç nə etməmişik, bunu onlar özlərinə yaradıblar", - deyə parlamentari xəbərdarlıq edib.

Klimovun sözlərinə görə, Rusiya əvvəllər Avropaya ərzaq tədarük edirdi, lakin Moskva bu cür tədarükləri dayandırdıqdan, eləcə də enerji və gübrə idxalına mümkün məhdudiyyətlərdən sonra Aİ "qiymətlərin böyük artımı və aclıq" ilə təhdid oluna bilər.

Xatırladaq ki, fevralın 24-ü səhər saatlarında Rusiya Ukraynaya hücüm edib. Bu gün Ukraynada başladılan müharibənin 29-cu günüdür.

Müharibə Ukraynaya milyardlarla dollar ziyan vurub – şəhərlər və kəndlər dağıdılıb, minlərlə insan həyatını itirib, 3 milyon ukraynalı ölkədən baş götürüb getmək məcburiyyətində qalıb…

Ukrayna xalqı bu dəhşətli müharibəyə hələ də dözür, sinə gərir və dirəniş göstərməkdə davam edir.

 

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN