Gürcüstan baş nazirinin müavini: “Ukrayna Gürcüstandan qaçan cinayətkarlar üçün qoruğa çevrilib"

Ukrayna Gürcüstanı sanksiyalardan yayınmaq üçün rusiyalılara kömək etməkdə ittiham edir...

Ukrayna xarici işlər naziri Dmitri Kuleba Gürcüstanın Rusiyaya sanksiyalardan yan keçməsinə kömək etdiyinə görə cəzalandırıla biləcəyinndən danışıb.

“Liga.net”in məlumatına görə, nazir belə bir bəyanatla telemarafonun efirində çıxış edib.

"Biz Gürcüstandan onların bunu etmədiyinə dair rəsmi sübutlar və inandırıcı arqumentlər gözləyirik. Bu sübutlar və arqumentlər kifayət qədər inandırıcı olamayacağı təqdirdə, hansı addımları atacağımıza qərar verəcəyik", - deyə Kuleba bildirib.

Kulebanın sözlərinə görə, Ukrayna və onun müttəfiqlərinin Gürcüstana təsiri olmasaydı, ruslar artıq bu ölkə vasitəsilə sanksiyalardan yan keçmək üçün marşrut yaradacaqdılar.

Xatırladaq ki, daha öncə Ukrayna Baş Kəşfiyyat İdarəsi rusiyalıların sanksiyaya məruz qalan mallarını, qaçaqmalçılıq yolu ilə Gürcüstan ərazisindən keçirilməsi üçün kanallar yaratması barədə məlumatlara malik olduqlarını bəyan etmişdi.

Qeyd edılən ittihamı  Gürcüstanda absurd və əsassız adlandırıblar.

Gürcüstan Naliyyə Nazirliyi bildirib ki, beynəlxalq ictimaiyyət tərəfindən Rusiya Federasiyasına qarşı sanksiyaların tətbiq olunduğu ilk günlərdən, Gürcüstan ölkədəki bütün gömrük-keçid məntəqələrində ciddi nəzarət həyata keçirir və ölkədən idxal və ixrac edilən malların da monitorinqini aparır.

“Gürcüstanın Maliyyə Nazirliyi bütün məsuliyyəti ilə bəyan edir ki, istənilən növ - həm hərbi, həm də ikili təyinatlı mallar, eləcə də sanksiyalar siyahısına daxil edilmiş bütün mallar Gürcüstan hökuməti tərəfindən ciddi gömrük nəzarətindən keçirilir”, - deyə nazirlikdən bildirilib.

Lakin göründüyü kimi, Ukrayna deyilənlərlə razılaşmır və ciddi sübutlar istəyir...

Qeyd edək ki,Gürcüstanın baş nazirinin müavini Teya Sulukiani Ukraynanın ittihamlarına cavabında bildirib ki, “Ukrayna Gürcüstandan qaçan cinayətkarlar üçün qoruğa çevrilib".

Nazir Ukraynada dövlət idarələrində Saakaşvilinin yaxın adamlarının çalışdığına eyham vuraraq, “Təəssüf ki, hələ mənim ədliyyə naziri postuna gəlməmdən öncə Ukrayna Gürcüstandan qaçan cinayətkarların qoruğuna çevrilmişdi. Ona görə də mən istərdim ki, Ukrayna hakimiyyəti cinayətkarların hekayələrinə sürüklənməsin” cavabını verib.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN