Bu gün görkəmli dövlət xadimi Heydər Əliyevin doğum günüdür...

Bununla bağlı AzərTAC-ın yeni binasında meida rəhbərlərinin iştirakı ilə konfrans keçirildi. Konfransda MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov, AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və media qurumlarının rəhbərləri iştirak edirdilər.

Konfransda iştirak edən "Təzadlar"ın baş redaktoru Asif Mərzili bildirdi ki, əvvəlcə görkəmli dövlət xadimi Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edildi. Sonra isə Heydər Əliyevin həyatına həsr edilən videoçarx nümayiş olundu və sənədli film maraqla qarşılandı. Xüsusən də Prezident İlham Əliyevin ata nəsihəti ilə bağlı Şuşadan etdiyi çıxışı kövrək hisslər aşılayıb. 

Sonra isə konfransı giriş sözü ilə açan AzərTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov çıxışında bildirib ki, müasir müstəqil Azərbaycanın memarı və qurucusu, dünya miqyaslı siyasətçi və dövlət xadimi, dahi şəxsiyyət Heydər Əliyev hələ sağlığında Azərbaycan xalqının qəlbində özünə abidə ucaldıb. Qeyd edib ki, Heydər Əliyevin AZƏRTAC qarşısında qoyduğu ən əsas hədəflərdən biri Azərbaycan reallıqları barədə məlumatların dünyaya çatdırılması, ölkənin qlobal informasiya məkanına çıxışının təmin edilməsi olub. 

 Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov isə mıxışında vurğulayıb ki, medianın fəaliyyətini tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılması, Azərbaycanda demokratik mətbuatın formalaşması və sürətli inkişafının təmin edilməsi ümummilli lider Heydər Əliyevin adı ilə birbaşa bağlıdır. Həmçinin ulu öndərin siyasi iradəsi və böyük səyləri nəticəsində Azərbaycanda plüralizmi, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələrin aradan qaldırılması tədbir iştirakçılarının diqqətinə çatdırılıb. 

H.Əliyevin demokratiyanın mühüm prinsiplərindən olan söz və məlumat azadlığına, eləcə də medianın inkişafına diqqət və qayğısından bəhs edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Heydər Əliyevin mətbuata xalqın istək və amallarının, prinsip və ideyalarının ifadə meydanı kimi son dərəcə böyük dəyər verdiyini qeyd edib. Ə.Amaşov təklif edib ki, jurnalistlər Heydər Əliyevlə bağlı xatirələrini Mətbuat Şurasına təqdim etsinlər, bu xatirələr əsasında kitab hazırlanacaq.

Tədbirdə çıxış edən TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Heydər Əliyevin müasir tarixdə, həmçinin dünya tarixində xidmətlərinin misilsiz olduğunu vurğulayaraq ulu öndərlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. Heydər Əliyevin həyat və fəaliyyətindən, onun Azərbaycan xalqı qarşısındakı xidmətlərindən bəhs edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və “Baku TV”nin əməkdaşı Tural Museyibov da Ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüblər. 
Elçin Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN