Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu qarşıdan gələn 22 iyul - Milli Mətbuat və Jurnalistika Günü ilə əlaqədar olaraq mətbuat nümayəndələri arasında şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun xatirəsinə həsr edilmiş "Mənəvi dəyərlərimiz: vətənpərvərlik" adlı məqalə müsabiqəsi elan edir.

Fonddan bildirilib ki, müsabiqəyə vətənpərvərliyin media vasitəsilə təbliği, Vətən sevgisinin yeniyetmə və gənclərə aşılanması, azərbaycançılıq, qürur yerimiz olan şəhidlər, Qarabağ zəfəri və digər mövzularda məqalələr göndərilə bilər.

Kriteriyalar:

- Məqalə innovativ və əhatəli olmalıdır;

- Müsabiqə elan olunduqdan sonra, qəzet və ya elektron internet portallarında dərc edilməlidir;

- Məqalənin həcmi 8000 (səkkiz min) işarədən artıq olmamalıdır. (1,5 aralıq məsafə ilə təxminən 2-3 A4 formatlı vərəq həcmində);

- Yazılar qəzetdə dərc edilərsə: A4 formatlı vərəqdə (Times New Roman 14 şrift) və 1 nüsxə qəzet şəklində Fonda təqdim olunmalıdır;

- Elektron portalda dərc edilərsə: A4 formatlı vərəqdə (Times New Roman 14 şrift) link əlavə edilərək Fonda təqdim edilməlidir.

QEYD: Müsabiqəyə təqdim edilmək üçün hazırlanan materiallar kağız və ya elektron daşıyıcıda birbaşa Fonda, yaxud elektron poçt vasitəsilə This email address is being protected from spambots. You need JavaScript enabled to view it. adresinə göndərilə bilər.

Birinci yerin sahibinə, 1000, ikinci yerin sahibinə 800, üçüncü yerin sahibinə 600, həvəsləndirici mükafatlara layiq görülən 4 nəfərə isə 400 manat məbləğində mükafat veriləcək.

Məqalələr 2022-ci il iyunun 1-dən iyulun 15-dək qəbul olunur.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN