Rusiyanın Ukraynaya qarşı başladığı müharibə gedişində təkcə ABŞ Ukraynaya 10 milyard dollarlıq hərbi yardım edib...

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Cozef Baydenə isə bu, dəfə ölkəsinə daha 775 milyon dollarlıq hərbi yardım paketi ayırdığına görə təşəkkür edib. Tezadlar.az xəbər verir ki, Zelenski bu barədə tviter hesabında yazıb. Sitat: "Mən ABŞ-ın daha 775 milyon dollarlıq hərbi yardım paketinin təqdim olunmasını yüksək qiymətləndirirəm. Bu qərara görə Prezident Baydenə təşəkkür edirəm. Təcavüzkarı məğlub etmək üçün daha bir mühüm addım atdıq. Ukrayna azad olacaq!".

Müharibə isə hələ də davam edir.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN