ABŞ fevralın 24-dən Rusiyanın Ukraynaya müdaxiləsinə cavab olaraq 5 min rusiyalıya viza məhdudiyyəti tətbiq edib. 

Tezadlar.az Rusiya KİV-lərinə istinadla bildirir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Ned Prays dünən brifinqdə belə deyib. ABŞ Rusiya vətəndaşlarına viza verilməsinə tam qadağa qoyulmasının tərəfdarı deyil. Niyə? Sitat: “Biz Putinin repressiyasından qaçanların, sığınacaq və ya təhlükəsizlik istəyənlərin yolunu kəsmirik. Bu, əziyyət çəkə biləcək rusiyalı dissidentlərə, hüquq müdafiəçilərinə aiddir”.

CNN isə yazır ki, avqustun 18-də  Dövlət Departamenti Rusiyanın ABŞ-dakı səfirini çağırıb. Səfirə Rusiyanın Ukraynaya məxsus Zaporojye atom elektrik stansiyasını işğal etməsindən narahat olduğu çatdırılıb. ABŞ hakimiyyəti Putindən qoşunlarını ərazidən çıxarmağa çağırıb. Ən maraqlısı, Daria Duqinanın qətlinə toxunan Prays bəyan edib ki, ABŞ istənilən yerdə mülki şəxslərə qarşı qəsdən hücumları “şərtsiz şəkildə pisləyir”. Prays onu da deyib ki, ABŞ bu mübarizədə Kiyevə kömək etməyini davam etdirəcək.

A.Məmmədli 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN