Ukranyanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Pyotr Vrublevski qazax bloger Dias Kuzayirova qalmaqallı müsahibə verib.

Beləki, Ukraynadakı vəziyyətlə bağlı sualı cavablandıran səfir “İndi nə qədər çox rus öldürsək, uşaqlarımız da bir o qədər az öldürməli olacaq” – deyib.

Səfirin bu sözləri aləmi bir-birinə qatıb.

Bu, həm də  Rusiyada geniş müzakirə mövzusuna çevrilib - narazılığa səbəb olub. Səfir Pyotr Vrublevski Qazaxıstan XİN-ə çağırılıb və çıxışına etiraz edilib.

 Qazaxıstan Xalqları Assambleyası Şurası isə respublika əhalisinə müraciət də yayıb.

 “Əziz həmvətənlər!

Biz, Qazaxıstan xalqları Assambleyasının üzvləri, Ukraynanın Qazaxıstan Respublikasındakı səfiri cənab Pyotr Vrublevskinin qazax blogerlərindən birinə müsahibəsində səsləndirdiyi fikirləri qətiyyətlə pisləyir və qəbuledilməz hesab edirik.

Sülh və birliyin dövlət siyasətinin, həmçinin sosial konsolidasiyasının əsas prinsipləri olduğu ölkəmizdə bu cür bəyanatlar kimliyindən asılı olmayaraq, yolverillməz və qəbuledilməzdir.

Diplomatiya sülh və əməkdaşlıq ideallarına xidmət etməli, nifrət və düşmənçiliyi qızışdırmamalıdır.

Vahid və çoxmillətli Qazaxıstan xalqı üçün dostluq, qarşılıqlı yardım, sülh prinsipləri sarsılmazdır. Müstəqilliyimizin formalaşmasının ən ağır illərində belə millətlərarası münaqişələrdən qaçmaqda, ölkəmizin, xalqımızın bütövlüyünü qoruyub saxlamaqda bizə kömək edən də bunlar olub.

Bizə nifrət nitqi yaddır, onun hər hansı təzahürlərində etnik nifrətin təbliği qəbuledilməz və anlaşılmazdır.

Biz bütün qazaxıstanlıları düşmənçilik və etimadsızlıq toxumu səpən təxribatlara uymamağa, əksinə, övladlarımızın bu günü və gələcəyi naminə ölkədə sülhü və xalqın birliyini qorumağa və möhkəmləndirməyə çağırırıq”, - deyə bəyanatda bildirilir.

JASMİN

Aşağıdakı linkə daxil olun:

https://www.youtube.com/shorts/cn8ozIxPhyE

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN