ABŞ Prezidenti Cozef Bayden Ukraynaya 600 milyon dollara qədər əlavə hərbi yardımın ayrılması barədə göstəriş verib.

Tezadlar.az "Azadlıq radiosu"na istinadla xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir. Qeyd olunub ki, Bayden ABŞ dövlət katibinə Ukraynaya kömək məqsədilə ABŞ Müdafiə Nazirliyinin müdafiə məhsulları və xidmətləri, hərbi təlim və təhsil üçün 600 milyon dollara qədər vəsait ayırmaq səlahiyyəti verib.

Ukrayna silahlı qüvvələri son bir ayda Rusiya ordusunun işğalı altında olan çoxsaylı yaşayış məntəqələrini azad etməkdədir. Təəssüflər olsun, dağıntıların miqyası böyükdür...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN