"Bəzi aparıcı beynəlxalq təşkilatların səmərəsizliyi narahatlıq doğurur".

Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitindəki çıxışında bu mövzuya toxunaraq, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən dörd qətnaməsini qeyd edib.

Dövlətimizin başçısı Təhlükəsizlik Şurasının bəzi qətnamələrinin bir neçə gün ərzində yerinə yetirildiyi halda, Azərbaycanın vəziyyəti ilə bağlı qəbul olunmuş qətnamələrin 27 il ərzində icra olunmamış qaldığını diqqətə çatdırıb.

“Azərbaycan Qarabağ münaqişəsini özü hərbi-siyasi yolla həll edib və Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan qətnamələrinin icrasını təmin edib”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN