Moskvanın mərkəzində polis postlarının qurulduğu bir vaxtda Böyük Britaniyanın Hökumət Kommunikasiya Mərkəzinin (GCHQ) rəhbəri Ceremi Fleminq deyib ki, Ukraynada aylarla davam edən amansız döyüşlərdən sonra rusların döyüş sursatı tükənir.

Tezadlar.az “The Guardian” nəşrinə istinadla bildirir ki, Fleminqin "Rusiya" beyin mərkəzində nadir hallarda ictimaiyyət qarşısında çıxış edəcəyi gözlənilir. Çıxışında o, Rusiyanın aylarla davam edən döyüşlərdə itkilərini qeyd edərək, Moskvanın qüvvələrinin tükəndiyini və son səfərbərliyin çarəsizlik əlamətləri göstərdiyini iddia edəcək. Nəşr yazır: "Biz bilirik - və yerdəki rus komandirləri də bilirlər - onların təchizatı və sursatları tükənmək üzrədir... Onların təbliğat maşınının danışdığı Rusiya hərbi qələbəsi çox uzaqdadır və aydındır ki, Ukraynanın döyüş meydanında və kiberməkanda cəsarətli hərəkətləri vəziyyəti dəyişib".

Müharibə isə davam edir. Dünya ölkələri Rusiyanın Ukraynanın mülki obyektlərini bombalamasını hərbi cinayət adlandırıb...

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN