Soçidə Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 31-də üçtərəfli danışıqlar aparacaq.

tezadlar.az "Ria Novosti"yə istinadla bildirir ki,  bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Tezadlar.az qeyd edir ki, görüş Rusiyanın təşəbbüsü ilə keçiriləcək və görüşdə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 9 noyabr, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli razılaşmalarının icrası prosesi, Cənubi Qafqaz regionunda təhlükəsizliyin gücləndirilməsi, ticarət, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və inkişafı üçün növbəti addımlar müzakirə ediləcək.

Artıq bu məlumatdan sonra Ermənistanda Paşinyana qarşı etirazlar baş qaldırıb. Düşmən ölkə mətbuatının yazdığından belə məlum olur ki, bu etirazlar Koçaryan-Sarkisyan cütlüyü tərəfindən idarə olunur. Onlar cinayət əməllərinin yeganə sığortasını Ermənistanın daim müharibə və münaqişə vəziyyətində olmasında görürlər.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN