Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyası ilə Ukrayna arasında aparılan danışıqlarla bir araya sığmayan və Ukrayna dövlətini məhv etmək məqsədi daşıyan Ukraynanın suverenliyi ideyasını rədd etməkdə davam edir.

Tezadlar.az "Azadlıq Radiosu"na istinadla bildirir ki, bu barədə Müharibə Tədqiqat İnstitutu (ISW) məlumat yayıb. Sitat: "Putin deyib ki, “Ukraynanın suverenliyinin yeganə real təminatı” yalnız Ukraynanı “yaradan” Rusiya ola bilər. Onun bəyanatları Rusiya Federasiyasının Ukraynanın suverenliyini tanıması və Ukrayna xalqının ayrıca bir millət kimi mövcud olması ilə bağlı hüquqi faktı rədd edir. Bu isə Putinin Ukrayna ilə Rusiyanın vahid xalq olması, özbaşına tarixi şəraitdə müxtəlif dövlətlərə bölünməsi rəvayətini davam etdirməsi onun Ukrayna dövlətini məhv etmək və Ukrayna xalqı anlayışını tarixdən silmək kimi davamlı məqsədindən xəbər verir".

Ukraynada isə, deyildiyi kimi, ölkəni darmadağın etmək məqsədli müharibə davam edir. Bütün cəhdlərə baxmayaraq Rusiya ilə Ukraynanın danışıqlar masası arxasında oturması hələki mümkünsüz görünür...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN