Bu gün  Tbilisidə BMT-nın nümayəndəliyi qarşısında Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisində baş verən ekoloji problemlərə diqqət çəkmək məqsədilə dinc aksiya keçirilib.

Tezadlar.az 24News.ge-yə istinadla xəbər verir ki, Marneulidə yerləşən "Azərbaycan Evi"-nin təşkilatçılığı ilə baş tutan aksiyada yerli icma təşkilatlarının nümayəndələri və gənclər iştirak ediblər. Dinc aksiya iştirakçıları beynəlxalq təşkilatları Rusiyanın sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində separatçılar tərəfindən ekologiyaya vurulan ziyanla bağlı rəy bildirməyə və bu kimi hallara susmamağa çağırıblar. Əllərində Gürcüstan və Azərbaycan bayraqları tutan aksiya iştirakçıları "Ekoloji cinayətə son", "Stop ekoterror" kimi şuarlar səsləndiriblər.
Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası on altı gündür davam edir. Ekspertlər hesab edir ki, Rusiya bu aksiyalarda maraqlı görünür...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN