Avropa Parlamenti (AP) sabiq prezident Mixeil Saakaşvili həbsdə ölərsə, Gürcüstanın Avropa İttifaqına üzv olmaq istəyini təsdiq etməyəcək.

Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir  ki, bu barədə qanunverici orqanın aparıcı fraksiyasını - Avropa Xalq Partiyasını təmsil edən polşalı deputat Yatsek Sariuş-Volski özünün tviter səhifəsində yazıb. Onun sözlərinə görə, Saakaşvili ilə Gürcüstanın Aİ-yə daxil olması perspektivləri arasında önəmli məsələlər var: “Saakaşvili ilə Gürcüstanın Aİ-yə daxil olması perspektivləri arasında paralellər imperativdir! Bu hallar bir-birindən ayrılmazdır. Keçmiş prezident həbsdə qalacağı və həbsdə öləcəyi təqdirdə Avropa Parlamenti heç vaxt Gürcüstanın Aİ üzvlüyünə səs verməyəcək”, - deyə avropalı parlamentari qeyd edib.

Gürcüstanın siyasi hakimiyyəti isə hələki Saakaşvilinin azad edilməsində maraqlı görünmür.

A.Məmməfli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN