booked.netbooked.net booked.net  

"The Financial Times ” qəzeti Ruben Vardanyanın fırıldaq biznes fəaliyyətindən bəhs edən məqalə tədim edib. Vurğulanır ki, Ruben Vardanyan məsələsində rəsmi İrəvanla rəsmi Bakının mövqeyi üst-üstə düşür. Belə ki, hər iki tərəfin iqtidarı onu Rusiyanın adamı hesab edir. Vardanyanın “mən erməni patriotu olduğuma görə Qarabağdayam” fikrinə inanan çox az adam var.
Ermənistan iqtidarı hesab edir ki, Rusiya Ruben Vardanyan vasitəsi ilə Nikol Paşinyan iqtidarına təzyiq edir. Ümumiyyətlə, Vardanyan “Moskvanın məhsuludur”. Azərbaycan isə Ruben Vardanyanı “yabançı element” kimi qəbul edir və deyir ki, onun gəlişi ilə Qarabağa ermənilərinin Azərbaycana inteqrasiya prosesinə ciddi zərbə vurulub...
Ötən dəfə qeyd etmişdim ki, ABŞ Nümayəndələr Palatasının sənədlərində Ruben Vardanyanın adı Vladimir Putinin yaxın adamı kimi vurğulanır.
Litvanın Avropa Parlamentindəki təmsilçisi Petras Austrevicius-un təşəbbüsü ilə 21 deputat tərəfindən Ruben Vardanyanın maliyyə fırldaqlarının araşdırması tələbi də onun imicinə öldürücü zərbə vurub.
“The Financial Times ” qəzetində gedən məqalədən o da bəlli olur ki, 2020-ci ildə Almaniya prokurorluğu Vardanyanın rəhbərlik etdiyi şəbəkədən xəbərdar olduğunu təsdiqləyərək, bu işlə bağlı şirkətlərdən birində reyd keçirdiyin bəyan edib…
Heç şübhəsiz ki, Ruben Vardanyan məsələsində rəsmi İrəvanın və rəsmi Bakının eyni mövqedən çıxış etməsi onun siyasi iflasına gətirib çıxaracaq.
Elbəyi Həsənli,
Surix
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN