İran bu dəfə gözlənilmədən Rusiyanı pərt edib...

Belə ki, İranın xarici işlər naziri Hüseyn Abdullahiyan deyib ki, Tehran Krımın, eləcə də Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətlərinin Rusiyanın tərkibinə daxil olmasını tanımır. Tezadlar.az CNN-Türk-ə istinadla bildirir ki, nazir TRT World agentliyinə belə açıqlama verib. Nazir əlavə edib ki, Rusiya ilə sıx münasibətlərə baxmayaraq, İran ölkələrin suverenliyini və ərazi bütövlüyünü tanıyır.

Xatırladaq ki, İrandakı bəzi jurnalistlər bir müddət əvvəl Ukraynaya təcavzdə "baş qəhrəman"ın birbaşa Rusiya olduğunu deyərək Rusiyaya pilotsuz təyyarələrin göndərilməsinin əleyhinə olduqlarını bildirmişdilər.

Ekspertlər hesab edir ki, iranlı nazirin bu açıqlaması Rusiya ilə İran arasında gərginlik yarada bilər. Çünki Rusiyada bir çox siyasilər hesab edir ki, Rusiyada Ukraynanı işğal edə bilməyəcəklərini yaxşı bilirlər. Buna görə də Krımın və Donetski ilə Luqanskinin işğal altında saxlanılmasl bir təsəlli ola bilər.

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN