Ukrayna Gürcüstan rəhbərliyindən yerli istehsal olan "Didqori" seriyalı zirehli texnikaları verməyi xahiş edib.

Tezadlar.az Gürcüstan Müdafiə Nazirliyinə idtinadla bildirir ki, bu barədə Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Andrey Kasyanov Gürcüstanın “Palitranews” telekanalının efirində bildirib. Onun sözlərinə görə, “Didqori”lər humanitar məqsədlər üçün istifadə edilərsə, Ukrayna üçün faydalı olacaq. Diplomat deyib ki, Gürcüstan hakimiyyətinin niyə hərbçilər üçün fərdi qoruyucu vasitələri, həmçinin ilk tibbi yardım çantalarını Ukraynaya göndərməməsi hələ də aydın deyil.
 “Delta” dövlət hərbi elmi-texniki mərkəzi 2010-cu ildən fəaliyyət göstərir. “Delta” Gürcüstan Müdafiə Nazirliyinin mülkiyyətidir. Zavodun istehsal etməyə başladığı ilk məhsullar “Didqori” ailəsinin zirehli maşınları, eləcə də “Lazika” piyada döyüş maşınları oldu. Xatırladaq ki, Gürcüstan hakimiyyəti daha əvvəl bildirib ki, Ukraynaya hərbi yardım göstərməyəcək, çünki bu, münaqişədə iştiraka bərabərdir. Buna baxmayaraq, Tbilisi Kiyevə humanitar yardım edir. Ukrayna daha əvvəl də Gürcüstandan "Buk" zenit-raket komplekslərini istəyib, ancaq qarşı tərəf verməkdən imtina edib.

Ukraynanın Gürcüstandan ağır texnika istəməsi Rusiya mediaslnda geniş müzakirə edilməkdədir. Ekspertlər bunu belə izah edirlər ki, ya Ukrayna bununla Rusiyanı arxayın salmaq istəyirlər ki, guya Ukrayna artıq ağır texnikasız qalıb. Yaxud da Gürcüstanı bu münaqişəyə cəlb etmək niyyəti var...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN