2023-cü ilin birinci yarısında 515 nəfər xarici ölkə vətəndaşı sığınacaq üçün Gürcüstana müraciət edib... 

Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin açıqladığı miqrasiya statistikasında öz əksini tapıb. Məlumata əsasən, cari ilin birinci rübündə 291, ikinci rübündə isə 224 xarici ölkə vətəndaşı sığınacaq üçün Gürcüstana tərəfinə müraciət edib ki, bu da altı ay ərzində 515 müraciət deməkdir. 2023-cü ilin yanvar-iyun aylarında Gürcüstandan sığınacaq istəyən ilk 5 ölkənin siyahısı aşağıdakılardır:

● Ukrayna - 104 vətəndaş;

● İran - 93 vətəndaş;

● Türkiyə - 72 vətəndaş;

● Rusiya - 49 vətəndaş;

● Hindistan - 17 vətəndaş.

 Qeyd edək ki, sığınacaq axtaranlar arasında Misir, Suriya, Özbəkistan, Pakistan və Nigeriya vətəndaşları da var. Əsas odur ki, bu siyahıda Azərbaycan vətəndaşları yoxdur...

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN